Tanınmış güləşçilərin aksiya keçirmələrinin gizli səbəbi: Əvvəllər “bəy” kimi dolananlar indi niyə moykalarda işləyir?

SOSİAL
16:26 28.07.2017
10022

Xəbər verdiyimiz kimi, bu gün Bakıda güləşçilərimiz etiraz aksiyası keçiriblər.

AZXEBER.COM xəbər verir ki, aksiyaya səbəb Güləş Federasiyasının idmançılara qarşı biganəliyi, 15 aydır ki maaşların verilməməsi, məşq zallarındakı şəraitsizlik olub. Aksiyada olimpiya çempionu Toğrul Əsgərov, "Rio” olimpiyadasının bürünc medalçısı Rəsul Çunayev, tanınmış güləşçi Hacı Əliyev və digərləri iştirak ediblər.

Aksiyaya gələn idmançılar mövcud vəziyyətin getdikcə pisləşdiyini və 3 həftə sonra başlayacaq güləş üzrə dünya çempionatına heç bir hazırlığın getmədiyini bildiriblər. Onlar belə olan halda bu yarışda da iştirak etməyəcəklərini əlavə ediblər.

Məsələ ilə bağlı AZXEBER.COM bir sıra gizli qalan məqamları öyrənə bilib. Məlumata görə, maliyyə sıxıntısı çəkən sərbəst və yunan-roma güləşi üzrə Azərbaycanın tanınan idançıları ölkədən getmək barəsində düşünürlər. Hətda bir müddət öncə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasında çıxış edəcəyi ilə bağlı yayılan xəbərlər də təsadüfi olmayıb. Həmin ərəfələrdə Toğrul Əsgərov xəbərləri təkzib etsə də, əslində onun da belə bir fikri olub. Ancaq rəhbərlik ona vəd verərək problemlərin aradan qaldırılacağına inandırsa da, bu vəd də çox keçmədən özünü doğrultmayıb. Nəticədə idmançılar aksiya etmək qərarına gəliblər. 

Bundan başqa Güləş Federasiyasında maliyyə problemlərinin yaşanmasının ən böyük səbəbi federasiyanın Vergilər naziri Fazil Məmmədovun kurasiyasından çıxması olub. Belə ki, öncələr nazirə yaxın çevrələrin dəstəyi ilə ayaqda duran federasiya Gənclər və İdman nazirliyinin nəzarətinə keçəndən sonra tamamilə maliyyəsiz qalıb. Fazil Məmmədovun dəstəyi zamanı "bəy" kimi dolanan idmançılar, indi tamamilə diqqətdən kənarda qalıblar. Məlumata görə, idmançıların hər ay "Ata Bank"da olan hesablarına vaxtı-vaxtında maaşları yüklənirmiş.

Hazırda nazirlik federasiyanın xərclərinin böyük əksəriyyətini qarşılamır. Hətda yarışlara ayrılan büdcələr də sıfırlanıb. 
Məlumata görə, Rio olimpiyadasında ən çox medalı güləş üzrə milli komandanın üzvləri alsa da pul mükafatları hələ də sahibinə verilməyib. 
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı