Yeni təmirdən çıxan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bütün kollektivi dekabrın 30-da buraxılacaq.,Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Teatr Festivalının bağlanış mərasimindəki çıxışı zamanı həmin gündən etibarən teatrın yaradıcı və texniki heyətinin rəsmən işsiz sayılacağını bildirib.
“Azdramanın yeni yaradıcı heyəti Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqə əsasında formalaşacaq. Rejissorlar müqavilə və qonorarasistemi ilə işləməyə başlayacaq. Teatr sahəsində aparılan islahatlar davam edəcək. Növbə ilə bu, digər teatrlarda da həyata keçiriləcək”.//Ans Press