“Azenko”nun direktoru yol qəzasında öldü - Video

SOSİAL
11:05 28.07.2020
8418
Abşeron rayonunun Qobustan kəndi ərazisində "Nissan” markalı minik avtomobili yol kənarına aşıb. 

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur. Zəkəriyyə Poladov "Azenko” MMC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır.
 
///APA

OXŞAR XƏBƏRLƏR

X Mostbet