Azər Badamov Moskvada buna görə saxlanılıb? - Valuyev haqda bu sözləri deyibmiş

Azər Badamov Moskvada buna görə saxlanılıb? - Valuyev haqda bu sözləri deyibmiş
SOSİAL
14:29 05.05.2025
852

Xəbər verdiyimiz kimi deputat Azər Badamov Moskvada saxlanılaraq Azərbaycana deportasiya olunub. Rusiyanın indiki anda nə üçün belə addım atması təəccüb və təəssüf doğurur.

AZXEBER.COM xəbər verir ki, Azər Badamov mətbuata verdiyi aşağıdakı açıqlamasına görə Rusiyanın "qara siyahısı”na salına bilər.

Yada salaq ki, Azər Badamov "Vahid Rusiya” partiyasının deputatı Nikolay Valuyev azərbaycanlıları "şobla” adlandıran zaman ona çox sərt və tutarlı cavab vermişdi:

"Şobla"nın orta statistik nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, bu sözə elə ən çox Nikolay Valuyevin portreti uyğun gəlir. Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, bu nadir eksponat tam inkişaf etməyərək Neandertalla Homo saphiens arasında bir yerdə ilişib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir".
Bildirək ki, Valuyev "Rus Evi"nin Bakıda bağlanması ilə bağlı şərhində azərbaycanlıları "şobla-oblа" adlandıraraq, Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının fəaliyyətinin yoxlanılmasını təklif etmişdi.

Bu qarşılıqlı ittihamlar nəticəsində, Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevi "arzuolunmaz şəxs" elan edərək, onun ölkəyə girişinə qadağa qoyub. Ehtimal olunur ki, bunların cavabında Rusiya tərəfi də Badamovu "qara siyahı"ya salaraq, onun Rusiyaya girişinə qadağa qoyub. Bu səbəbdən, Badamov Moskva hava limanında saxlanılıb və Astarxana uçuşuna buraxılmayaraq, Azərbaycana geri göndərilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni "qeyri-dost addım" kimi qiymətləndirərək, Rusiyadan izahat tələb edib. Rusiya tərəfi isə məsələni araşdıracağını bildirsə də, hələlik rəsmi açıqlama verməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO