Azər Həsrət: Xalqdan gələn təklifləri İTV Yayım Şurasında müzakirə edəcəm

Azər Həsrət: Xalqdan gələn təklifləri İTV Yayım Şurasında müzakirə edəcəm
SOSİAL
14:57 02.05.2023
112
Bu gün Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, layihəyə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbov (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavəri (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.

Məsələ səsverməyə çıxarılıb və Həsən Cəfərov, Teymur Kərimli və Azər Həsrət İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.
 
Yenidən İTV-nin Yayım Şurasına üzv seçilən Azər Həsrət ona etimad göstərənlərə təşəkkür edib: 

"Bu gün Milli Məclisdə İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasında boşalan 3 yerə (onlardan birində mən idim) növbəti 6 il üçün üzvlər seçildi. O 3 yerdən birini Milli Məclis təkrar şəxsimə həvalə etdi və bundan çox məmnunam. Ona görə də istərdim ki, şəxsimə göstərilən etimada görə sırasıyla təşəkkürlərimi qeyd edim. Hər şeydən öncə Milli Məclisin çox hörmətli sədri xanım Sahibə Qafarovaya təqdimat və etimada görə təşəkkür etmək istərdim. Ardından da dəyərli jurnalist həmkarımız və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevaya təqdimatına, barəmizdə səsləndirdiyi xoş sözlərə görə təşəkkür edirəm. Eyni zamanda plenar iclasda çıxış edərək haqqımızda xoş sözlərini birbaşa və ya dolayısı ilə deyən hörmətli deputatların hər birinə ayrıca təşəkkür edirəm. Bütün bunlarla bərabər şəxsimin yenidən Yayım Şurasına seçilməsinə səs vermiş deputatların hər birinə (90 deputat) cani-könüldən təşəkkür edirəm. Son olaraq namizədliyimi irəli sürmüş dəyərli sədr Rəşad Məcid başda olmaqla Mətbuat Şurası İdarə Heyətinin bütün üzvlərinə təkrar təşəkkür edirəm. Təşəkkürlərin ardından bir daha vurğulamaq istərdim ki, Yayım Şurasının üzvü qismində ötən 6 ildə olduğu kimi növbəti mərhələdə də fəallıq edəcək, özəlliklə də ictimai yayımla bağlı tənqidlərin, həmçinin xalqdan gələn təkliflərin Yayım Şurasında müzakirəsi üçün təşəbbüslərimi davam etdirəcəyəm".
 

OXŞAR XƏBƏRLƏR