Azər Həsrətdən “Kəndə kitab” təşəbbüsü – VİDEO

Azər Həsrətdən “Kəndə kitab” təşəbbüsü – VİDEO
SOSİAL
14:40 12.03.2019
3571
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai Televiziya və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvü, siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət "Kəndə kitab” təşəbbüsüylə çıxış edib.

Martın 9-da Kitabevim.az-da keçirilən bir tədbirdə çıxış edən Azər Həsrət qeyd edib ki, indi kitabların tirajı yüksək olmadığı üçün bir çox kənd kitabxanaları yeni ədəbiyyat ala bilmir.

"Düşünürəm ki, kənd kitabxanalarının ən yeni ədəbiyyatla təmin edilməsində biz də yardımçı olmalıyıq. Ona görə də hər kəsi öz kəndinin, elinin kitabxanasına müəlliflərin imzasıyla kitab bağışlamağa çağırıram”, – deyə o, bildirib.

Kənan Hacının "Sonuncu dərviş” adlı yeni romanının təqdimatında etdiyi bu çıxışa Azər Həsrət onu da əlavə edib ki, təşəbbüsü irəli sürməklə bərabər ilk addımı da özü atır. O, bunun üçün Kənan Hacının yeni kitabını öz doğma kəndinin kitabxanası üçün imzalatdırdığını deyib.

"Mən təşəbbüsü irəli sürməklə bərabər dərhal da əmələ keçirəm. Artıq dostumuz Kənan bəydən yeni kitabını mənim doğma Dədəli kəndimin kitabxanası üçün imzalamağı xahiş etmişəm”, – deyən Azər Həsrət bu yolla yeni bir hərəkat başlayacağına əmindir.

Azər Həsrət onu da qeyd edib ki, müəlliflərin imzasıyla toplanan kitabları təntənəli şəkildə öz doğma kəndinin kitabxanasına təqdim edəcək. "Kitabxana rəhbərliyindən xahiş edəcəm ki, orada imzalı kitablar üçün bir guşə ayırsınlar və belə kitablar daim sərgilənsin”, – deyə o, bildirib.

Tez-tez kitab təqdimatlarında iştirak etdiyini deyən Azər Həsrət müəlliflərə çağırış da edib. O, deyib ki, "Dədəli kənd kitabxanasına müəllifdən hədiyyə” qeydi və imzasıyla kitab hədiyyə edəcək hər kəsə minnətdar olardı.

O, digər tərəfdən də bu təşəbbüsün yeni ədəbiyyatın oxunmasına əlavə stimul verəcəyini, müəlliflərin öz əsərlərinin satışını bir qədər genişləndirə biləcəyini deyib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi