Prezident İlham Əliyevin ABŞ paytaxtı Vaşinqtona səfəri günü – avqustun 8-də "The Washington Post” qəzetində "Qəzza bəlasından öncə Dağlıq Qarabağ vardı” ("Before Gaza’s woe, there was Nagorno-Karabakh”) adlı yazı yayımlanıb. İşaan Tharur (Ishaan Tharoor) adlı müəllif öz yazısında Azərbaycanla bağlı açıq təhriflərə yer verib.
Yazıda Ermənistanın işğal dövründə darmadağın etdiyi Ağdam şəhərinin şəkli verilərək Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə apardığı iddia edilib.
Daha sonra iddia edilib ki, Azərbaycan son hərbi əməliyyatlarda 150 min ermənini Qarabağdan qovub.
Ümumiyyətlə anti-Azərbaycan ovqatında tərtib edilmiş yazıda ermənilərin törətdiyi heç bir cinayət əməlindən danışılmadığı halda Azərbaycan etmədiyi əməllərə görə hədəfə çıxarılıb.
Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət yazıyla bağlı arqumentləri əks etdirən "The Washington Post faktları təhrif edir – VİDEO” ("The Washington Post is distorting the facts… – VIDEO") adlı məqalə hazırlayaraq e-poçtla qəzetin müvafiq redaksiyalarına göndərib. Aradan iki gün keçsə də nəşrdən hər hansı reaksiya verilməyib.
Azər Həsrət "The Washington Post”un susqunluğunu nəzərə alaraq yazısını alternativ mediada – ABŞ mərkəzli TurkishNews.com-da dərc elətdirib. O, öz yazısında "The Washington Post”un saxtakarlığını ifşa edib, eyni zamanda gerçək faktları diqqətə çatdırıb.
Azər Həsrət eyni zamanda yazısına işğaldan azad edilmiş Ağdam şəhərinə 2021-ci il martın 13-də etdiyi səfər zamanı çəkdiyi videonu da əlavə edərək gerçəkləri ingilisdilli oxuculara çatdırıb.
Onu da əlavə edək ki, Əməkdar jurnalist yazısını X hesabı üzərindən "The Washington Post”a, həmçinin yazının müəllifinə də göndərib.
The Washington Post is distorting the facts… – VIDEOhttps://t.co/dIeXTSZ4EK@turkishforum @WashPostComms @ishaantharoor @CPJ_Eurasia @article19org @RSF_inter @IFJGlobal @efjeurope @mushfig_a @EJNetwork @globalfreemedia @freedomhouse @hrw @amnesty @StateDept
— Azer Hasret #SouthAzerbaijanIsNotIran (@azerhasret) August 12, 2025
Azər Həsrət, həmçini yazısını Nyu Yorkdakı Jurnalistləri Müdafiə Komitəsi, Londondakı Article 19, Parisdəki Sərhədsiz Reportyorlar, Brüsseldəki Beynəlxalq Jurnalistlər Federasiyası və onun Avropa Jurnalistlər Federasiyası adlı qurumuna, Etik Jurnalistika Şəbəkəsi, Vyanadakı Beynəlxalq Mətbuat İnstitutuna, ABŞ-dəki Freedom House və Human Rights Watch təşkilatlarına, Beynəlxalq Amnistiyaya, həmçinin ABŞ Dövlət Departamentinə göndərib.