Azər Kərimli: ‘Mən o müəllimə hər zaman kömək etmişəm”- VİDEO

Azər Kərimli: ‘Mən o müəllimə hər zaman kömək etmişəm”-  VİDEO
SİYASƏT
13:24 23.10.2015
1845

‘Mən onun oğlunun təhsil alması üçün böyük köməklik etmişəm’

112 Saylı Qax Seçki Dairəsi Azərbaycan üzrə ən aktiv və gərgin seçki təbliğatının getdiyi dairələrdən sayılır.

Xəbər verdiyimiz kimi, ötən gün Ləkit kəndində yerli sakinlərlə görüşən deputatlığa namizədƏhməd Şahidovkəndin qayğılarından danışıb. Görüşdə çıxış edən kənd məktəbinin müəllimi Vaqif Aydınov kənddə üzləşdiyi problemlərdən danışıb, yerli məmurların təzyiqlərini sadalayıb və gənc namizədə dəstəyini ifadə edib.

Bundan 1 gün sonra - oktyabrın 18-də sosial şəbəkələrdə yayılan video isə həqiqətən də bütün dəyərlərin tapdanması və müəllim adının ayaqlar altına salınması idi. Belə ki, həmin dairədən deputatlığa namizədliyi ləğv olunmuş Paşa Məmmədov hər kəsi şoka salan video yayıb. Videoda görünür ki, Vaqif Aydınov dediyi sözü danaraq, deputat Azər Kərimliyə dəstək olduğunu açıqlayıb.

AZXEBER.COM-a məsələ ilə bağlı açıqlama verən deputat Azər Kərimli müəllimin öz fikrindən daşınmasının onunla əlaqələndirilməsinin doğru olmadığını deyib:

“Ləkit kənd orta məktəbinin Tarix müəllimi Vaqif Aydınovu tanıyıram. Və iddia olunduğu kimi mənim ona öz fikirlərini dəyişməsi üçün hansısa təkidlər etməyim doğru deyil. Çünki həmin adam bütün seçkilərdə məni dəstəkləyib. O oradakı ilk çıxışında cümləsinin axırında bunu etiraf edib. Ona görə ki, mən Vaqif Aydınovun oğlunun İtaliyaya gedib magistratura təhsili almasında həm maddi, həm də mənəvi bütün dəstəyi göstərmişəm. Təkcə ona yox, Ləkitdə olan bir çox insana. Təbii ki, bu seçki marafonudur və bu cür xəbərlərin olmasını normal qarşılayıram”.

OXŞAR XƏBƏRLƏR