Azər Türk Bank 14 yanvar tarixindənistehlak kreditləri üzrə kampaniyanın müddətini uzatdı.
AZXEBER.COM xəbər verir ki, həmin tarixdən etibarən müştərilərin, müddətindən asılı olmayaraq, götürdükləri istehlak kreditləri üzrə komissiya 0%-dir. Kreditlərin illik faiz dərəcəsi 12,5%-dən başlayır.
Qeyd edək ki, 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 13%, 14%, 15% səviyyəsindədir.
Orta aylıq xalis gəlirindən asılı olaraq, hər bir şəxs 30 000 manatadək kredit götürə bilər. Təminatsız verilən kreditin maksimum məbləği 15 000 manatdır.
Azər Türk Bankın internet səhifəsində krediti online sifarişvermək mümkündür.
Kampaniya 31 yanvar daxil olmaqla bu tarixədək qüvvədədir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıhttps://atb.azsaytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəliÇağrı Mərkəzindənəldə edə bilərsiniz.