Azər Türk Bank səmərəli fəaliyyətini davam etdirir

Azər Türk Bank səmərəli fəaliyyətini davam etdirir
İQTİSADİYYAT
22:15 19.02.2021
678
Dövlət bankı Azər Türk Bank haqqında bəzi saytlarda həqiqətə uyğun olmayan, tamamilə əsassız neqativ informasiya tirajlanaraq verilmişdir. Əlbəttə ki, belə arzuolunmaz cəhdlər Bankın səmərəli fəaliyyətinə kölgə sala bilməz.

AZXEBER.COM xəbər verir ki, ötən il dünya miqyasında başlayan təbəddülatlar ölkəmizdən də yan keçməmiş, bununla əlaqədar olaraq, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlığının təmin edilməsi məqsədi ilə respublikada mühüm işlər görülmüş və davam etdirilir.

Fərəhlə qeyd edə bilərik ki, Azər Türk Bankın kollektivi hər zaman olduğu kimi ötən il ərzində də əzmlə çalışmış və çox da rəvan olmayan 2020-ci ili bir çox sahələr üzrə uğurla başa vurmuş, Banka mənfəət qazandırmışdır.

1 yanvar 2021-ci il tarixinə Bankın məcmu kapitalının adekvatlığı 31%, leverec əmsalı 13% təşkil etmişdir ki, bu da müəyyən edilmiş normalardan 3 dəfəyə qədər yüksəkdir.

Həmin tarixə Bankın likvidlik mövqeyi stabil və güclüdür. Əsas likvidlik əmsalları—ani likvidlik 89% (norma 30%-dir), cari likvidlik 119% (norma 50%-dir), Bazel komitəsinin LCR əmsalı (Likvidliyin örtülmə əmsalı) – 256% (bazel standartı 100%-dir) təşkil etmişdir.

Bütün bunlara görə, 2020-ci ildə Bankın müştərilərinin sayı 45% artaraq, 95 915 nəfər olmuşdur.

Azər Türk Bank müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində 2020-ci ildə də fəal iş aparmışdır.

Buna misal olaraq Bankın ötən il müştərilərin istifadəsinə verdiyi "Rəqəmsal” adlı yeni filialını göstərə bilərik. Bu filial Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.

Bankın "Mərkəz” və "Bakı” filialları Azər Türk Bankın yeni konsepsiyasına uyğun qurulmuş, müasir bankçılığın standartlarına tam cavab verən məkanlarda tezliklə fəaliyyətlərini davam etdirəcəklər. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır.

Görülən tədbirlər sırasında növbəti addım iki yeni xidmət strukturunun - şəhərin mərkəz hissəsində və metronun "20 yanvar” stansiyası yaxınlığında yeni, modern filialların istifadəyə verilməsi olacaqdır. Üstün xidmət səviyyəsi təqdim olunacaq bu filiallarda müştərilərə geniş bank xidmətləri göstəriləcəkdir.

"Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi dövlətə məxsusdur və Bank dövlət əhəmiyyətli layihələrin ərsəyə gəlməsində fəal iştirak edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
00:46 06.03.2026
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
00:37 06.03.2026
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
00:26 06.03.2026
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
00:15 06.03.2026
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
23:57 05.03.2026
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
23:47 05.03.2026
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
“Azərbaycanın yanındayıq”
23:41 05.03.2026
“Azərbaycanın yanındayıq”
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
23:37 05.03.2026
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
23:11 05.03.2026
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
22:51 05.03.2026
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
22:36 05.03.2026
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
22:32 05.03.2026
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
22:26 05.03.2026
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
22:11 05.03.2026
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
22:07 05.03.2026
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub
21:56 05.03.2026
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub