Azər Türk Bank uşaqlar üçün atb Junior kartını təqdim edir

İQTİSADİYYAT
15:28 01.06.2023
204

Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz müştərilərinə üşaqlar üçün atb Junioradlı yeni debit kartı təklif edir.


AZXEBER.COM xəbər verir ki, bankın bu yeni məhsulu 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulub.


Yeni kart məhsulunun yeniyetmələrin maraq dairəsində olan yerlərdə ödənişlər üzrə daha yüksək cashback verilməsi, eləcə də kartın balansını atb.azsaytında, atb360 mobil tətbiqi, Bankın terminalları vasitəsilə və ya filiallarda 0% komissiya ilə artırmaq kimi üstünlükləri vardır.

 

Həmçinin 200 manatadək vəsaitin E-manat, MilliÖn terminalları vasitəsilə karta komissiyasız mədaxili mümkündür.

 

Bundan başqa, bu kartla istənilən bankomatda xidmət haqqı tutulmadan 200 AZN-dək nağdlaşdırma etmək olar.


 

Atb Junior kartının sahibi atb360 tətbiqini mobil telefonuna yükləyə və Google PayApple Pay təmassız ödəniş sistemlərinə qoşula biləcəkdir.


 

Bu kartla mərc oyunları, lotereya və digər bu kimi platformalara girişlər Bank tərəfindənməhdudlaşdırılmışdır. Bundan başqa, uşağa aid olan kart valideynin hesabına bağlandığından onlayn aparılan əməliyyatların təsdiqi üçün təhlükəsizlik kodu valideynin mobil tətbiqinə göndərilir ki, bu da ona övladının xərclərinə nəzarət etməyə imkan verəcəkdir.

 

 

Qeyd edək ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanacaqdır.


 

Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifarişverə bilərlər.

 

OXŞAR XƏBƏRLƏR