Azər Türk Bankdan daha bir cashback kampaniyası

İQTİSADİYYAT
13:13 14.04.2023
312

Dövlət bankı Azər Türk Bank qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar Google PayApple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində həyata keçirilən əməliyyatlar üzrə növbəti kampaniyaya start verir.


15 aprel tarixindən etibarən:


· marketlərdə;

· kulinariya;

· geyim;

· aksesuar mağazalarında;

· restoranlarda;

· YDM-lərdə;

· səhiyyə müəssisələrində


mobil cihazlar vasitəsilə təmassız ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 5% həcmindəcashback hesablanacaqdır.

 

Kampaniyanın müddəti 30 aprel daxil olmaqla həmin tarixədəkdir.


Xatırladırıq ki, cashback  ay ərzində toplanaraq hər növbəti ayın 5-də müştərinin hesabına real pul vəsaiti kimi qaytarılır.


Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.azsaytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR