Azər Türk Bankdan yeni rəqəmsal layihəyə dəstək

İQTİSADİYYAT
13:17 10.09.2020
160
Dövlət bankı Azər Türk Bankın maliyyə dəstəyi ilə yeni layihə -"Spatrix” rəqəmsal platforması həyata vəsiqə alıb.

AZXEBER.COM xəbər verir ki, platformanın əsas vəzifəsi ümumi rifaha nail olmaq üçün müxtəlif mürəkkəblik səviyyəsindəki məsələləri həll etməyə hazır olan təşkilat və fərdləri bir araya gətirməkdir. Belə ki, yardım göstərmək istəyənlərlə yardıma ehtiyacı olanlar bir-birilərini bu platforma üzərindən asanlıqla tapa biləcəklər.

Platforma necə işləyir?

"Spatrix” platformasında  mütəmadi olaraq aksiya və layihələr həyata keçirən təşkilatlar (dövlət strukturları, şirkətlər, ictimai birliklər) və könüllü fəaliyyətlə məşğul olmaq istəyən fərdlər (yaşından və cinsindən asılı olmayaraq )qeydiyyatdan keçə bilərlər. Təşkilatlar öz sosial layihələrini bu platformada nümayiş etdirmək və könüllüləri bu layihələrdə iştirak etməyə çağırmaq imkanına malikdir. Könüllülər də öz növbəsində onları maraqlandıran hər hansı bir layihəyə qoşula bilirlər.

Hər bir potensial layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə olunur, bu da təşkilatlar və könüllülərin fəaliyyətinin ümumilikdə qlobal rifaha doğru atılan addım olduğunu bildirir.

Könüllülər və təşkilatlar üçün ərazi məhdudiyyəti yoxdur. Yəni, hər hansı bir ölkədən olan könüllü dünyanın müxtəlif yerlərində həyata keçirilən istənilən layihəyə qoşula bilər.

Platforma "blockchain” texnologiyası əsasında yaradılıb. Buna görə platforma iştirakçılarının bütün fəaliyyəti tamamilə şəffafdır və məlumatları etibarlı şəkildə qorunur.

Qeydiyyatdan elə indi keçə bilərsiz: www.spatrix.net

Platforma dövlət bankı olan "Azər Türk Bank”ın maliyyə dəstəyi ilə yaradılıb. Qeyd edək ki, platformanın ilk istifadəçiləri "Bir” tələbə-könüllü proqramının üzvləri oldu.

 

OXŞAR XƏBƏRLƏR

X Mostbet