"Azəravtoyol” bu gün daha 3 yolu bağlayacaq - ADLAR

"Azəravtoyol” bu gün daha 3 yolu bağlayacaq - ADLAR
SOSİAL
17:04 05.04.2017
1202
Bu gecə Bakının Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
 
"Azəravtoyol” ASC-dən verilən məlumata görə, qeyd edilən küçələrdə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək. "Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR