'Azerbaijan Art Festival - 2013' davam edir - FOTOLAR

İQTİSADİYYAT
13:35 02.07.2013
1715

Azərbaycanın şəhər və rayonlarında gənclərə ustad dərsləri keçirilir

Xalqımızın milli və mədəni irsinin qorunub saxlanmasına və inkişafına yönələn layihələrə daima dəstək olan Nar Mobile mobil operatorunun sponsorluğu ilə “Azerbaijan Art Festival - 2013” davam edir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və Bakı Yaradıcılıq Mərkəzinin (Baku Creative Center) təşkilatçılığı ilə keçirilən Festival İyunun 4-dən iyulun 10-dək davam edəcək və qalereyaya malik rayonlar ərazisini əhatə edəcək.

AZXEBER.COM-un məlumatına görə, “Azerbaijan Arts Festival-2013” layihəsi çərçivəsində artıq Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı şəhər və rayonlarında sərgilər və ustad dərsləri keçirilmişdir. Keçirilən sərgilərdə ümumilikdə 17 rəssamın 40-dək əsəri nümayiş olunmuş, o cümlədən yaradıcı potensialı olan gənclər üçün ustad dərsləri keçirilmişdir.

Xatırladaq ki, layihənin əsas məqsədi səyyah sərgilər və ustad dərslər sayəsində ölkənin şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməklə yanaşı, sərgilənəcək rəngkarlıq, qrafika, heykəltaraşlıq əsərlər təqdim etməkdir.

OXŞAR XƏBƏRLƏR