'Azerbaijan Art Festival – 2014' uğurla başa çatdı

İQTİSADİYYAT
12:39 05.08.2014
2204

“Nar Mobile” mobil operatorunun dəstək verdiyi layihə çərçivəsində Azərbaycanın 10 bölgəsində gənc rəssamların əsərləri nümayiş etdirildi.

“Nar Mobile” mobil operatorunun sponsorluğu, Mədəniyyət və turizm nazirliyinin dəstəyi və Bakı Yaradıcılıq Mərkəzinin (Baku Creative Center) təşkilatçılığı ilə iyulun 2-dən 30-dək keçirilən və Azərbaycanın 10 şəhər və rayonunu əhatə edən “Azerbaijan Art Festival - 2014” incəsənət festivalı layihəsi uğurla başa çatdı. Bir aya yaxın bir müddət ərzində ölkənin müxtəlif bölgələrində keçirilən sərgilərdə gənc rəssam və heykəltəraşların əsərləri nümayiş etdirildi, o cümlədən yaradıcı potensialı olan gənclər üçün ustad dərsləri təşkil edildi.

İyul ayının 30-da Bakı Biznes Mərkəzində festivala yekun vuruldu, onun nəticələri barədə ictimaiyyətə geniş məlumat verildi.

Xatırladaq ki, ötən ilin yay aylarında “Nar Mobile” mobil operatoru və Bakı Yaradıcılıq Mərkəzi (Baku Creative Center) eyni təşəbbüslə çıxış etmiş, “Azerbaijan Art Festival” incəsənət festivalını ölkənin 11 bölgəsini əhatə edən geniş bir coğrafiyada uğurla başa vurmuşdular. Bu il də səyyah sərgilər və ustad dərslər sayəsində ölkənin şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilik və marağı artırıldı, yaradıcı potensialı olan gənclər üzə çıxarıldı, maraqlı rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdirildi.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və onların rəğbətini qazanmışdır. Mobil operator münasib danışıq tarifləri ilə yanaşı, müxtəlifliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və hər zona üzrə vahid qiymət ödənilməsini nəzərdə tutan sadə rouminq təklifləri ilə abunəçilərin etimadını doğrultmuşdur. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıxanovda sürücüləri bezdirən durum: "Tıxac yaranır, getmək olmur" — VİDEO
09:39 16.10.2025
Bakıxanovda sürücüləri bezdirən durum: "Tıxac yaranır, getmək olmur" — VİDEO
Bakıda maşının vurduğu piyada xəstəxanada öldü
09:28 16.10.2025
Bakıda maşının vurduğu piyada xəstəxanada öldü
Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO
09:21 16.10.2025
Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO
Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı - VİDEO
09:17 16.10.2025
Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı - VİDEO
Bu ərazilərdə işıq olmayacaq
08:53 16.10.2025
Bu ərazilərdə işıq olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 16.10.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda taksilərə məhdudiyyət qoyulacaq: “Bu 15 min insanın işini itirməsi deməkdir”
08:27 16.10.2025
Bakıda taksilərə məhdudiyyət qoyulacaq: “Bu 15 min insanın işini itirməsi deməkdir”
Qazi Xətai İH-dən şikayətçidir: İcra başçısı məni qəbul etmir - VİDEO
08:23 16.10.2025
Qazi Xətai İH-dən şikayətçidir: İcra başçısı məni qəbul etmir - VİDEO
Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər
05:02 16.10.2025
Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
03:58 16.10.2025
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi - VİDEO
01:37 16.10.2025
Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi - VİDEO
Səmra: “Kişilər qadınlardan asılı vəziyyətdədir”
00:02 16.10.2025
Səmra: “Kişilər qadınlardan asılı vəziyyətdədir”
HƏMAS iki girovun meyitini BQXK-yə təhvil verib
23:53 15.10.2025
HƏMAS iki girovun meyitini BQXK-yə təhvil verib
İctimai nəqliyyatda qiyməti dəyişməyən avtobuslara tələbat ARTDI - VİDEO
23:30 15.10.2025
İctimai nəqliyyatda qiyməti dəyişməyən avtobuslara tələbat ARTDI - VİDEO
Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib
23:13 15.10.2025
Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib
Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
23:01 15.10.2025
Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb