"Azerbaijan Land of Fire" yeni forma üzərində - FOTO
İDMAN
17:47 11.07.2014
1434
İngiltərənin "Şeffild Uensdey" klubu növbəti mövsümdə (2014/15) yeni köynək sponsorunun adını elan edib.Maddi cəhətdən ciddi sövdələşmə imzalayan "bayquş"ların ev və səfər köynəklərini "Azerbaijan Land of Fire" loqotipi bəzəyəcək."Bayquş"ların sədri Milan Mandaric qeyd edib ki, biz klubun yeni köynək sponsorunu elan etməyə şadıq. O söyləyib ki, bu tərəfdaşlıq vasitəsilə klub iri məbləğdə əlavə dəyər qazanacaq.Hafiz Məmmədov da bu razılaşma ilə bağlı məlumat yayıb: "Bu mənim və ölkəm üçün çox qürurlu bir gündür. İngiltərə futbolunda "Şeffild" kimi klubla razılıq çox gözəldir", - deyə o bildirib.Xatırladaq ki, Azərbaycanlı iş adamı, “Bakı” FK-nın prezidenti Hafiz Məmmədov İngiltərənin “Şeffild Uensdey” klubunu alıb. serbiyalı milyarder 50 milyon avro müqabilində klubun səhmlərini Hafiz Məmmədova satıb. Hafiz Məmmədov, həmçinin bu il Fransanın I Liqasında mübarizə aparacaq “Lans” klubunun da sahibidir.//ans