"Azərbaycan 10 il müddətinə enerjidən maksimum istifadə edərək qaz istehlakını azalda bilər"

"Azərbaycan 10 il müddətinə enerjidən maksimum istifadə edərək qaz istehlakını azalda bilər"
İQTİSADİYYAT
13:12 05.03.2024
468
"Dünyada gedən iqlim dəyişikliklərinin fəsadları əlbəttə ki, ölkəmizdən də yan keçmir. Biz bunu çaylarımızda suyun azalması, istiləşmə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və s. təbiət hadisələrində müşahidə edirik. Bu baxımdan dünyada baş verən proseslərə Azərbaycan da biganə qala bilməz. Ölkəmizdə yaşıl enerji imkanlarının yaradılması, genişləndirilməsi bizim üçün prioritet məsələdir”. 
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Millət vəkili Vüqar İskəndərov deyib.

Deputat əlavə edib ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir:

"İlk olaraq onu qeyd etmək lazımdır ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Bu baxımdan COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, sadəcə olaraq, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
 
Statistikalar da onu göstərir ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Azərbaycanın enerji gündəliyində yaşıl enerjinin rolunun getdikcə artırılması gələcəkdə bu istiqamətdə müsbət nəticələr vəd edir. Prezident İlham Əliyevin "Euronews” televiziyasına verdiyi müsahibəsində bildirdiyi kimi, bu istiqamətdə artıq mühüm yolu qət etməyə başlamışıq".
 
Millət vəkili hesab edir ki, Azərbaycan 10 il müddətinə enerjidən maksimum istifadə edərək qaz istehlakını azalda bilər:
 
"Planlamaya görə, təxminən 10 il müddətinə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməklə daxili bazarda təbii qaz istehlakını azaltmağa nail ola bilərik. Biz qarşıya qoyulan bütün məqsədlərə nail olmağı bacaran bir ölkəyik. Vaxtilə Cənub Qaz Dəhlizi barədə də müxtəlif fikirlər var idi. Nikbin düşünənlər, bədbin düşünənlər… Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Ancaq budur nəticə…Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu yox, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu baxımdan yaşıl enerji istiqamətində də qurulan planlar və reallaşdırılan layihələr tezliklə öz müsbət nəticəsini verəcək”.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu