"Azərbaycan Afrika İttifaqı ilə əməkdaşlığını yeni müstəviyə qaldırılmaqda maraqlıdır"

"Azərbaycan Afrika İttifaqı ilə əməkdaşlığını yeni müstəviyə qaldırılmaqda maraqlıdır"
SİYASƏT
09:30 30.06.2015
1324

Azərbaycanın Afrika İttifaqı yanında Daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi ilə görüşüb.

Daimi nümayəndəlikdən AZXEBER.COM-a verilən məlumata görə E. Abdullayev Azərbaycanın regionda lider dövlət olması, ölkəmizin dəstəyi ilə həyata keçirilən humanitar layihələr və regionun inkişafına Azərbaycanın verdiyi töhfələr barədə geniş məlumat verib.

E. Abdullayev komissar Abdullahiyə Ermənistanın təcavüzkar siyasəti və bu təcavüzkar siyasət nəticəsində Azərbaycanın torpaqlarının 20 %-nin işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburu köçkün olduğunu deyib.

Azərbaycan səfiri Ermənistanın işğalçı siyasətinin beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə pisləndiyini və müvafiq qətnamələrin qəbul olunduğunu komissarın diqqətinə çatdırıb.

Azərbaycan haqqında ətraflı məlumat verən səfir, ölkəmizin bir çox yüksək səviyyəli beynəlxalq miqyaslı tədbirlərə ev sahiblik etdiyini bildirib və Bakı 2015 ilk Avropa Oyunları barədə danışıb.

Görüş zamanı xanım Abdullahiyə Azərbaycanın dünyanın bir çox ölkələrində həyata keçirdiyi humanitar layihələri, ehtiyacı olan və təbii fəlakətlərlə üzləşmiş ölkələrə etdiyi humanitar yardımlar barədə geniş məlumat verilib.

Azərbaycanın humanitar sahədə çox fəal olmasını yüksək qiymətləndirən Aİ komissarı, ölkəmizin bu sahədəki beynəlxalq fəaliyyəti ilə tanış olduğunu qeyd edib. Görüşdə Azərbaycanla Afrika İttifaqı arasında birgə humanitar layihələrin də həyata keçirilməsinə maraq nümayiş etdirilib.

Səfir E. Abdullayev öz növbəsində Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığının yeni müstəviyə qaldırılmasında maraqlı olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR