Azərbaycan anti-terror əməliyyatına başlayacaq? - Politoloqdan açıqlama

SİYASƏT
10:49 28.07.2021
1324
"Anlaşma imzalanmamış, sərhədlər tam müəyyənləşməmiş bu cür atəşkəsin pozulması, təxribat hallar təkrarlanacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, bu hallar Ermənistan hakimiyyətinə baha başa gələ bilər:

"Ermənistan müharibədə məğlub olmasına rəğmən sanki qalib tərəfə şərtlərini diqtə etməyə çalışır. Amma heç nəyə nail olmayacaq. Əksinə biz sərhədləri müəyyənləşdiririk, mövqelərimizi gücləndiririk. Onlar da guya müqavimət göstərirlər deyə atəş açırlar. Ancaq itkiləri də artır və bu itkilər Ermənistan hakimiyyətinə baha başa gələ bilər. Çünki biz anti-terror əməliyyatlarına başlaya bilərik. Bu da Ermənistan cəmiyyətində böyük narahatlıq və narazılığın yaranmasına səbəb olacaq. Onlar yenə də məğlubiyyətlə üzləşə bilərlər”.

Elxan Şahinoğlu onu da qeyd edib ki, Ermənistanı sülh sazişinə gətirmək Moskvanın əsas vəzifəsi olmalıdır:

"Müdafiə nazirlərinin Moskvada görüşü təşkil olunur. Amma Moskvanın əsas vəzifəsi o olmalıdır ki, təsiri altında olan Ermənistana sülh sazişi üçün çalışmalara başlamasını anlatsın və sərhədlərin müəyyənləşməsi istiqamətində danışıqlar başlasın. Bunlar olmayana qədər, əlbəttə vəziyyət stabilləşməyəcək”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR