Azərbaycan antiterror əməliyyatları həyata keçirəcək? - Belə davam etsə, bizi kimsə dayandıra bilməyəcək

Azərbaycan antiterror əməliyyatları həyata keçirəcək? - Belə davam etsə, bizi kimsə dayandıra bilməyəcək
SOSİAL
12:52 15.07.2022
1477
"Qalib Azərbaycan üçün antiterror əməliyyatları həyata keçirib bu məsələləri kökündən, birdəfəlik həll etmək çətin məsələ deyil, əgər proseslər xoşagəlməz məcra almaqda davam etsə, Azərbaycanı kimsə dayandıra da bilməyəcək”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ermənilərin mövqelərimizi davamlı atəşə tutmasına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, münaqişənin başa çatması İrəvanın iradəsi ilə yox, Bakının hərbi-siyasi məcburiyyət tədbirləri ilə baş tutub:

"Bilirsiniz ki, münaqişə artıq başa çatıb və hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən səylər müşahidə olunur. Amma unutmamalıyıq ki, münaqişənin başa çatması İrəvanın iradəsi ilə yox, Bakının hərbi-siyasi məcburiyyət tədbirləri ilə baş tutub. Yəni, Ermənistan ədalətli sülhə sadəcə məcbur edilir. Sülh fikrindən uzaq olan, təcavüzkar və revanşist ideyaları israrla yaşadan Ermənistandan bu mənada sabitlik, post-münaqişə dövründə etimad mühitinə sədaqət gözləmək sadəlövhlük olar. Bu mənada, Ermənistanın davamlı olaraq mövqelərimizi atəşə tutması ilk növbədə məhz bu prizmadan təhlil olunmalıdır”.

B.Məhərrəmovun sözlərinə görə, terrorçu dəstələr tərki-silah olunmalıdır:

"Ermənistanda terror dövlət siyasətidir. Biz terrorsuz sabit bir bölgə yaratmaq istəyiriksə, ilk növbədə Ermənistan mövcud hüquq və ideoloji sistemini dəyişməli, terrordan və qonşulara qarşı ərazi iddialarından əl çəkdiyini konstitusion səviyyədə bəyan etməlidir. Eyni zamanda Daşnaksütun kimi siyasiləşmiş terror təşkilatları qadağan edilməli, aralarında Koçaryan, Sarkisyan, Ohanyan kimi siyasilərin də olduğu terrorçular mühakimə olunmalıdır. Eyni zamanda terrorçu dəstələr tərki-silah olunmalı, habelə məktəblərdə terror ideologiyası tədris edən pedaqoqlar kənarlaşdırılmalı, bu fəaliyyətə görə məsuliyyət müəyyən olunmalıdır. Erməni xalqı üçün yeganə çıxış yolu budur”.
 


"Əlbəttə, qalib Azərbaycan üçün antiterror əməliyyatları həyata keçirib bu məsələləri kökündən, birdəfəlik həll etmək çətin məsələ deyil, əgər proseslər xoşagəlməz məcra almaqda davam etsə, Azərbaycanı kimsə dayandıra da bilməyəcək. Hərbi potensialı 80 faiz məhv edilmiş, döyüş ruhu qırılmış bir dövlət və xalq gərək özünü reallığa uyğun davransın, Azərbaycanın yaratdığı şansdan faydalansın. Əks halda təcavüzlar ideologiya davam edərsə, biz sülhdən danışdığımız halda mövqelərimiz davamlı atəşə məruz qalmaqda davam edəcəksə, antiterror əməliyyatı, yaxud digər formada təhlükəni aradan qaldırmaq bizim beynəlxalq hüquqla haqqımızdır”, -deyə deputat əlavə edib.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR