Azərbaycan AVRO-2020-yə ev sahibliyi etməyə hazırdır

İDMAN
12:47 07.03.2014
996
“Artıq sənədləşmə işləri başa çatıb”.
“Hilton” otelində AFFA-nın növbəti konfransı başlayıb.
AZXEBER.COM Apasport.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən qurumun prezidenti Rövnəq Abdullayev UEFA standartlarına uyğun konfrans keçirməyi qərara aldıqlarını söyləyib.
O, konfransda iştirak edən UEFA-nın I vitse-prezidenti Şenes Erziki salamlayıb və tədbiri açıq elan edib.
Abdullayev ötən ili uğurla başa vurduqlarını bildirib. O, yığmamızın 2014-cü il dünya çempionatının seçmə tsiklində 9 xal qazandıqlarını xatırladıb:
“2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Bakının sənədləri 2020-ci il Avropa çempionatına ev sahibliyinə namizəd şəhər kimi verilib. Artıq sənədləşmə işləri başa çatıb və apreldə çıxarılacaq qərarı gözləyirik. Bakı qalib seçiləcəyi halda, oyunları yüksək səviyyədə keçirməyə hazırıq”.
OXŞAR XƏBƏRLƏR