Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür

Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür
Siyasət
12:02 27.04.2023
180
Aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanda rəsmi səfərdə olub. Səfər çərçivəsində Sofiyada "Bulgartransgaz” (Bolqarıstan), "Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), "Eustream” (Slovakiya) və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. 
Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu mühüm addım Azərbaycan-Bolqarıstan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi kimi dəyərləndirilir. O da məlumdur ki, SOCAR uğurlu investisiya layihələri ilə beynəlxalq qurumlar arasında xüsusi yer tutur.

Azərbaycan və Bolqarıstan prezidentlərinin bu tədbirdə iştirakı, o cümlədən 5 ölkədən olan nazirlərin çıxışları prosesin ciddiliyinin və əhəmiyyətinin bir göstəricisi adlandırıla bilər.

Prezident İlham Əliyev Sofiyadakı çıxışında imzalanan layihənin Avropanın enerji təhlükəsizliyinin təminatında və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi. 

Yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbatın artdığı xüsusi qeyd edilərək vurğulandı ki, iki ildən artıqdır Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. 
Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku bildirib ki, Azərbaycan bu təşəbbüsdə əsas oyunçudur və həm Bolqarıstanın, həm də Rumıniyanın strateji tərəfdaşıdır: "Bizim bu ölkə ilə uzunmüddətli əlaqələrimiz var. Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycan regionumuzun enerji təchizatının təhlükəsizliyində vacib rol oynayır". 

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv dövlətlərin bir çoxu Azərbaycanı özünə strateji tərəfdaş, yaxud müttəfiq hesab edir. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan "Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Ölkəmizlə Avropa İttifaqı arasında sıx əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynadı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu daha da artırır.

Hazırda SOCAR tərəfindən Gürcüstana təbii qaz ixrac olunmaqdadır. Ötən il Gürcüstana ixrac olunan qaz həcmi əvvəlki illə müqayisədə 22,2 faiz artaraq 1,4 milyard kubmetr təşkil edib. Şirkət Gürcüstanda 2007-ci ildən başlayaraq qazla bağlı digər fəaliyyətləri həyata keçirməkdədir. Aparılan işlər nəticəsində 2009-cu ildə 71 min olan abonetlərin sayı 01.01.2022-ci il tarixinə 806 minə çatdırılıb. 2007-2022-cu illər ərzində Şirkət tərəfindən 12 min kilometrə qədər qazpaylayıcı xətlər çəkilib.

Azərbaycan Prezidentinin Bolqarıstan səfəri və burada imzalanan memorandum göstərir ki, Azərbaycanın Avropanın enerji təminatında rolu və əhəmiyyəti artır. Bu da Azərbaycanın nüfuzunun artdığının göstəricisidir. 

Emin Abbasov 
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
10:48 09.08.2025
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
10:38 09.08.2025
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
10:33 09.08.2025
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
10:32 09.08.2025
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
10:29 09.08.2025
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
10:25 09.08.2025
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
10:21 09.08.2025
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
10:07 09.08.2025
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
10:05 09.08.2025
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”