‘Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir’ - Oqtay Əsədov

SİYASƏT
14:06 22.05.2014
1030

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

O, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olduğunu və qurum qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini bildirib.

Cari ilin mayından Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə 6 ay müddətinə ilk dəfə sədrlik etməsinə diqqəti çəkən sədr bunun ikitərəfli əlaqələrin inkişafına töhfəsini verəcəyini deyib.

Parlamentin sədri söyləyib ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə iki dəfə bu quruma sədrlik etmişdir və ölkəmizin bu sahədə kifayət qədər təcrübəsi var. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də yüksək səviyyədə həyata keçirməyə çalışacaq. Azərbaycanın beynəlxalq təcrübələrə əsaslanan çox yaxşı qanunvericilik bazası var. Bu sahədə Avropa Şurası ölkəmizə daim dəstək verir.

Səfər çərçivəsində müxtəlif görüşlər keçirdiklərini deyən Torbörn Yaqland, xüsusilə “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib. O vurğulayıb ki, ən müasir texnologiyalar əsasında fəaliyyət göstərən “ASAN xidmət” nadir bir təcrübədir və bu xidmət Avropa üçün yaxşı nümunə ola bilər.

Azərbaycan ilə Avropa Şurası arasında imzalanmış yeni fəaliyyət planının əhəmiyyətinə toxunan T.Yaqland bu sənədin gələcək əməkdaşlıq üçün çox geniş imkanlar açacağını deyib. (salamnews.org)

OXŞAR XƏBƏRLƏR