Azərbaycan Avstraliyadakı diaspor fəaliyyətini gücləndirir

SİYASƏT
10:00 03.12.2013
1150

Azərbaycanın Avstraliyadakı səfirliyində bu ölkədəki azərbaycanlı icmasının tanınmış üzvləri və fəalları ilə görüş keçirilib.

AZXEBER.COM-a Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyindən verilən məlumata görə, əsas məqsədi Avstraliyada yaşayan həmvətənlərimiz arasında təşkilatlanma işinin daha da möhkəmləndirilməsi, azərbaycanlıları birləşdirən qurumların vahid əlaqələndirmə mərkəzinin formalaşdırılması və erməni icmasının ölkəmizin milli maraqları əleyhinə, xüsusilə işğal olunmuş Dağlıq Qarabağın Avstraliyanın yerli və federal qanunverici orqanları tərəfindən tanınması istiqamətində intensiv fəaliyyətinin zərərsizləşdirilməsi məqsədi ilə prioritetlərin müəyyən edilməsi olub.Tədbirdə çıxış edən Azərbaycanın Avstraliya İttifaqındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Cəmşidov iştirakçıları tədbirin məqsədi, Azərbaycan hökümətinin son illər ərzində apardığı uğurlu daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsininin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, xarici ölkələrdəki diaspor təşkilatlarına verilən dəstək və bu dəstəyi zəruri edən amillər barədə məlumatlandırıb.Dağlıq Qarabağ münaqişəsində ölkəmizə dəstək göstərməyin yaşadığı yerdən asılı olmayaraq özünü azərbaycanlı hesab edən hər bir şəxsin mənəvi borcu olduğunu qeyd edən səfir, Avstraliyadakı erməni icmasının ölkəmizə qarşı apardığı fəaliyyətdən danışıb.“Avstraliyadakı erməni diasporunun əsas təşkilatı – Avstraliya Erməni Milli Komitəsi (ANCA) Türkiyə ilə yanaşı Azərbaycana qarşı da həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ölkəmiz haqda mənfi rəy formalaşdırmağa çalışır. Təssüflər olsun ki, bu yalan kampaniyası əksər hallarda cəmiyyətdə ölkəmiz haqda kifayyət qədər məlumatın olmamasından istifadə edilərək həyata keçirilir. Bu bədnam fəaliyyətin qarşısının alnması məqsədi ilə ilk addım Azərbaycan həqiqətlərinin Avstraliya cəmiyyətinə düzgün çatdırılmasını təmin etmək və bu istiqamətdə əlaqəli və mərkəzləşdirilmiş qaydada hərəkət etmək olmalıdır,” deyə səfir bildirib.Bu günə qədər Avstraliyada güclü erməni diasporunun faəliyyətinə qarşı Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirən R.Cəmşidov, iştirakçıların məsələ ilə bağlı fikir və təkliflərini dinləyib.Tədbirdə çıxış edən “Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi”nin sədri İmamətdin Qasımov görülən işlər barədə məlumat verərək, yerli hakimiyyət orqanları, ictimai təşkilatlar və digər türkdilli xalqların diaspor quruluşları ilə aparılan əməkdaşlıqdan danışıb.

OXŞAR XƏBƏRLƏR