Azərbaycan banklarının pul problemi dərinləşir - ARAŞDIRMA

İQTİSADİYYAT
15:23 04.05.2012
2021
Azərbaycandakı mövcud bankların beynəlxalq maliyyə qurumlarından, nüfuzlu Qərb banklarından sərfəli şərtlərlə kredit almaları problem olaraq qalır. Bunun əsas səbəb Avropada davam edən iqtisadi və maliyyə böhranıdır. Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri hesab edirlər ki, Qərb banklarında hökm sürən maliyyə çatışmazlığı ABŞ və Avropanın, o cümlədən Asiyanın bir sıra ölkələrinin maliyyə-bank sektoruna və iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Banklarda hökm sürən maliyyə qıtlığı kredit faizlərinin yüksəldilməsinə səbəb olur ki, bu da xarici banklar üçün risk hesab edilir və maraqlarına cavab vermir. Avropanın maliyyə-bank sektorunda yaranan böhranın Azərbaycan banklarına təsirini öyrənmək üçün müraciət etdiyimiz iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Avropada hələ də müşahidə olunan bank sektorundakı durğunluq sözsüz ki, bütün dünyanın bank-maliyyə sektoruna təsir göstərir: "Bu təsirlərlər xarici əlaqələri zəif olan Azərbaycanın maliyyə-bank sektoruna da var. Vətəndaşlar bunu hiss etməsələr də, təsir mövcuddur. Əvvəlki illərlə müqayisədə Azərbaycan banklarının kredit verilişində azalmalar müşahidə olunur. Bu gün yerli bankların maliyyə mənbələrininn əsas hissəsini Avropa banklarından götürdükləri kreditlər təşkil edir. Aşağı faizlə götürülən kreditlər vətəndaşlara yüksək faizlə verilir. Bu mənada Azərbaycan bankları üçün kreditləri geri qaytarmaq kimi problem mövcud olmasa da, bizdə başqa maneələr mövcuddur. Bu da bəzi bankların fəaliyyətlərinin qeyri-qənaətbəxş olması və maliyyə əməliyyatlarının şəffaf olmamasıdır. Bəzi banklarla bağlı aparılan istintaq işləri də göstərir ki, banklar xarici maliyyə institutlarından götürdükləri pulları vətəndaşlara kredit şəkiində verərkən qanunvericiliyin tələblərinə əməl etmirlər".V.Bayramov onu da əlavə etdi ki, Azərbaycan banklarının xarici əlaqələri onsuz da zəifdir: "Banklarımızın reytinq göstəriciləri aşağı olduğu üçün onlar Qərbin nüfuzlu bankları ilə birbaşa əlaqə qura bilmrlər. Ordada müəyyən vasitəçilərin olması isə faizlərin qalxmasına səbəb olur. Digər tərəfdən Azərbaycan banklarının dolayı yolla xarici maliyyə mənbələrindən götürdükləri kreditlər hələ qaytarılmayıb. Ayrı-ayrı bankların etibarlarını itirməsi, ümumi Azərbaycan banklarının nüfuzunun düşməsinə səbəb olur. Məndə olan məlumatlara görə, Azərbaycanda bir neçə bank var ki, onların adları nüfuzlu xarici bankların "qara siyahı"sındadır. Azərbaycan banklarının xarici banklardan kredit ala bilməmələrinin kökündə həm də bu variant var. Digər tərəfdən Avropa bankları indiki böhran dövründə daha çox fəaliyyət göstərdikləri ölkələrin iqtisadiyyatına dəstək vermək barədə düşünürlər. Bu mənada onlar xarici əlaqələrinə müəyyən qədər korrektələr ediblər. Bu həmdə qeyri-dolayı yolla Avropa ölkələrinin hökumətlərinin məsləhət və ya xahişləridir. Eyni zamanda düşünürəm ki, bu keçici mərhələdir və böhran tam aradan qaldırılandan sonra Avropa bankları xarici əlaqələrini yenidən bərpa edəcəklər". Bununla belə ekspert düşünür ki, Azərbaycan banklarının maliyyə qıtlığından əziyyət çəkməməsi üçün dövlətin bu sektora dəstəyi lazımdır: "Mərkəzi Bank aşağı faizlə müvəkkil banklara krpedit ayıra bilər. Dövlətin bununla bağlı kifayət qədər imkanları var. Xarici banklarda saxlanılan neft pullarının bir qisminin ölkəyə gətirilməsi və sərfəli şərtlərlə yerli bankara verilməsi mümkündür. Bununla bağlı bir neçə il öncə təklif səslənmişdi, amma gerçəkləşmədi. Düşünürəm ki, əvvəl-axır hökumət bu varianitdan istifajdə edəcək"."Mövqe" qəzeti

OXŞAR XƏBƏRLƏR