Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək

Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
İQTİSADİYYAT
22:05 16.09.2026
1126
2026-cı il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib.

AZXEBER.COM Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, onların 2027-2030-cu illəri əhatə edən növbəti mərhələsi, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi aktual çağırışlar hesab olunur. Qeyd olunanlarla yanaşı, iqtisadiyyatın digər sahələri üzrə qəbul edilmiş strategiya və dövlət proqramlarının icrası üçün maliyyə təminatının yaradılması ortamüddətli büdcə siyasətinin əsas məqsədlərinə aiddir.

2027-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır. Qeyd olunanlar nəzərə alınmaqla, 2027-ci il üzrə gəlir siyasətinin əsas istiqamətləri aşağıdakı kimi nəzərdə tutulur:

-Biznes mühitinin fəaliyyətinin, investisiya qoyuluşunun təşviqi və vergitutma bazasının genişləndirilməsi. Vergi siyasətində prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi və investisiya fəallığının təşviqidir. Bu çərçivədə müddəti başa çatan vergi güzəşt və azadolmalarının müddətinin uzadılması, qeyri-neft sektorunun inkişafı məqsədilə nəticəyönümlü yeni güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur.

-Vergi inzibatçılığının və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi. Vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından əsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsidir. Bu çərçivədə uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

-Vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqi. Vergi borclarının idarəolunması sahəsində əsas istiqamətlərdən biri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsidir. Bu çərçivədə vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyən olunması, habelə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
22:41 07.11.2026
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
22:30 07.11.2026
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
20:36 07.11.2026
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
20:27 07.11.2026
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb