Azərbaycan bayrağına görə İranda saxlanılan Vüsal Quliyevin yoldaşı: “24 gündür ki, yoxdur”

Azərbaycan bayrağına görə İranda saxlanılan Vüsal Quliyevin yoldaşı: “24 gündür ki, yoxdur”
SOSİAL
17:11 14.04.2023
250
"Yoldaşımla axırıncı dəfə mart ayının 21-də danışmışam”.

Bunu Oxu.Az-a Azərbaycan bayrağına görə İranda saxlanılan Vüsal Quliyevin həyat yoldaşı Sunay Quliyeva bildirib.

S.Quliyeva qeyd edib ki, yoldaşı dostu Rövşən Seyidlə Təbriz şəhərinə həkimə gedib:

"Mart ayının 21-də Vüsal dedi ki, dostu İrana həkimə gedir, o da onunla gedib qayıdacaq. Elə həmin gün axşam zəng elədi ki, bəs bizi Azərbaycan bayrağına görə saxlayıblar – Vüsalı, Rövşən Seyidi, bir də bunları aparan taksi sürücüsünü. Amma bildirdi ki, narahat olmayın, ciddi bir şey yoxdur”.

Qadın deyir ki, bundan sonra yoldaşından xəbər tuta bilməyib:
"İranda tanışlarımız vardı, onlar öyrəniblər ki, hər üçünü tutublar. Sonra bizə taksi sürücüsü zəng vurdu ki, məni buraxıblar. Sürücü İran vətəndaşı olub. Vüsalgili isə İran Təhlükəsiz Xidmətinin zirzəmisində saxlayırlar. Bu gün getdiklərinin 24-cü günüdür”.

Qeyd edək ki, mart ayının 21-də Təbriz şəhərinə həkim müayinəsinə gedən Naxçıvan MR-in sakinləri Quliyev Vüsal və Rövşən Seyid İran İslam Respublikası ərazisində saxlanılıblar. Onların maşınlarında Azərbaycan bayrağı olduğu üçün saxlanıldıqları bildirilir.

V.Quliyev Türkiyədən müxtəlif mallar gətirərək xırda ticarətlə məşğul olurmuş.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO