Daxili İşlər Nazirliyi Bərdə rayonunda Azərbaycan Bayrağına qarşı edilmiş hörmətsizliklə bağlı hadisəyə reaksiya verib.
AZXEBER.COM-un məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
11:06
Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
AZXEBER.COM xəbər verir ki, videoda kimliyi bəlli olmayan bir şəxsin qapı satışı edilən mağazaya daxil olaraq kiminləsə mübahisə etdiyi görünür.
Mübahisədən sonra obyektin pəncərəsində asılan Azərbaycan bayrağını qoparıb masanın üzərinə atıb.
Həmin görüntüləri təqdim edirik: