UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin D qrupunun 5-ci oyununda azarkeşlərdən biri stadionun giriş nəzarətində Azərbaycan bayrağı ilə görüntülənib.
Polis əməkdaşı bayrağı bükdükdən sonra sahibinin əlindən alıb və 3 dəfə öpüb.
Daha sonra türkiyəli polis məmuru Ramazan Şahin göstərdiyi həssaslıq və hörmətə görə Düzce valisi Səlcuq Aslan tərəfindən müvəffəqiyyət sertifikatına layiq görülüb.
AZXEBER.COM xəbər verir ki, həmin anlarla bağlı açıqlama verən Ramazan Şahin deyib:
"Düzce Polis İdarəsi olaraq milli matç üçün nəzarətçi olaraq xidmət etdik. Qarşılaşmada vəzifəmiz ətraflı bədən axtarışı aparmaq idi. UEFA-nın verdiyi qərar var idi. Mən o vaxt Azərbaycan bayrağını gördüm. Biz iki dövlət, bir millət olduğumuz üçün Azərbaycan bayrağına da elə rəftar etdim. Öz bayrağıma edəcəyim hörməti Azərbaycan bayrağına da edirəm. Fasilə zamanı telefonuma tez-tez zənglər gəlirdi. Deyiridilər ki, görüntü sosial şəbəkələrdədir və mətbuatda dərc olunub”.
Ayşən