Azərbaycan bayrağını öpən türkiyəli polis mükafatlandırıldı

Azərbaycan bayrağını öpən türkiyəli polis mükafatlandırıldı
DÜNYA
09:21 12.09.2023
232
UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin D qrupunun 5-ci oyununda azarkeşlərdən biri stadionun giriş nəzarətində Azərbaycan bayrağı ilə görüntülənib. 

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşı bayrağı bükdükdən sonra sahibinin əlindən alıb və 3 dəfə öpüb.

Bundan sonra türkiyəli polis məmuru Ramazan Şahin göstərdiyi həssaslıq və hörmətə görə Düzce valisi Səlcuq Aslan tərəfindən müvəffəqiyyət sertifikatına layiq görülüb.

Gülay
OXŞAR XƏBƏRLƏR