Azərbaycan bayrağını təhqir edən stilist: 'Bəli bu Azərbaycan bayrağı idi'

Azərbaycan bayrağını təhqir edən stilist:
14:12 06.06.2012
4686
“Bu bayraqdakı kəllələr düşməni məhv etmək istəyinin əlamətidir”. Bu sözləri stilist Samir Əliyev üzərində Azərbaycan bayrağının rəngləri və insan kəlləsi həkk olunmuş yaylıqla çəkdirdiyi fotolara münasibət bildirərkən deyib. Stilist Lent.az-a bildirib ki, bu hərəkəti ilə Azərbaycanın güclü bir ölkə olduğunu sübut etmək istəyib (?-red.): “Bəli, bu, Azərbaycan bayrağıdır. Bu, məşhur bir dizaynerin əl işidir. Bunu insanlar başa düşmür. Bir az məntiqlə düşünmək lazımdır. Mən bu hərəkətimlə onlara demək istəyirəm ki, bir baxın, düşünün, məşhur dizayner Azərbaycan bayrağının üzərinə bu kəllələri əks etdirməklə onun necə güclü bir ölkə olduğunu dünyaya göstərdi. Mən də bu əl işini bizim insanlara göstərmək istədim. Yəni, Azərbaycan düşmənlərini hər an öldürməyə hazırdır. Onsuz da biz may ayında “Eurovision” şousunun təşkilində göstərdiyimiz qabiliyyətlə düşməni məhv etdik. Bir daha deyirəm, bu bayraqda olan kəllələr düşməni məhv etmək qüdrətinin əlamətidir” - deyə stilist əlavə edib.
OXŞAR XƏBƏRLƏR