Azərbaycan bayrağını təhqir edən türk valisi həbs olundu

Azərbaycan bayrağını təhqir edən türk valisi həbs olundu
DÜNYA
23:52 28.07.2016
1743

Azərbaycan bayrağını təhqir edən Türkiyənin Bursa vilayətinin keçmiş valisi saxlanılıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Türkiyənin Bursa vilayətində 2009-cu ildə Ermənistan-Türkiyə futbol matçı zamanı meydana Azərbaycanın dövlət bayrağının keçirilməsinə icazə verməyən və bayrağı təhqir edən sabiq vali Şəhabəddin Harput fətullahçılarla əlaqədə ittiham olunaraq həbs olunub.

Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.

Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. (modern.az)

OXŞAR XƏBƏRLƏR