Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan etdi

İQTİSADİYYAT
14:56 06.08.2020
427
İstedadların inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir layihəsini elan edib.
 
AZXEBER.COM xəbər verir ki, bank yeni məzunlar və tələbə-magistrlər üçün təcrübə proqramına başlayıb. Bankçılıq fəaliyyətinə marağı olan gənclər bu proqramda iştirak edərək həm faydalı bilik və bacarıqlar qazana, həm də təcrübə müddətində yüksək nailiyyət göstərib Azərbaycan Beynəlxalq Bankında işə qəbul oluna bilərlər.

Ali məktəblərdən 2018, 2019, 2020–ci illərdə məzun olan, yaxud magistratura pilləsində təhsil alan hər bir şəxsə seçim prosedurlarından keçərək proqramda iştirak imkanı yaradılıb. Proqrama qəbul onlayn qaydada aparılır. İştirak etmək istəyən gənclər buradan qeydiyyatdan keçməlidirlər. İlkin seçim zamanı Bankın fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcək. Qəbul tələblərinə uyğun gələn namizədlər əvvəlcə IQ testindən, keçid balını topladıqları təqdirdə isə xarakter testindən keçəcəklər. Müsahibə mərhələsində də uğur qazanmış bütün namizədlər proqramda iştirak edəcəklər.

Təcrübə proqramının müddəti 4 aydır. Bu müddətdə iştirakçılar real iş mühiti ilə tanış olacaqlar. Bank əməkdaşlarının rəhbərliyi altında çalışaraq praktik biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlərdə iştirak edə biləcəklər. İştirakçılara müəyyən məbləğdə aylıq ödəniş də nəzərdə tutulub.

Bankın baş direktoru Aynur Süleymanlı da bu barədə danışıb bildirib: "Azərbaycan Beynəlxalq Bankı istedadların yetişdirilməsini və onların inkişafının dəstəklənməsini əsas missiyalarından biri kimi müəyyənləşdirib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçiririk. Təcrübə proqramımız da, gənclərin peşəkar bacarıqlara yiyələnməsinə, uğurlu karyera qura bilməsinə faydalı olacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Feysbuk” səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:42 28.09.2020

Hikmət Hacıyevdən Bərxudarov haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA

12:39 28.09.2020

Azərbaycanın Rus İcması bəyanat verdi

12:38 28.09.2020

Ermənistan Müdafiə Nazirliyi: "Təxminən 200 yaralımız var"

12:35 28.09.2020

Hikmət Hacıyev: “Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir”

12:31 28.09.2020

Bu gündən ictimai nəqliyyat saat 20:00-a qədər fəaliyyət göstərəcək

12:30 28.09.2020

Müdafiə Nazirliyi: Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir

12:29 28.09.2020

Anar Eyvazov: "Əks hücum əməliyyatı davam etdirilir"

12:26 28.09.2020

Prezidentin köməkçisi: "Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir"

12:24 28.09.2020

Hikmət Hacıyev: "Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır"

12:22 28.09.2020

Ağır yaralanan erməni hərbçilər cəbhə bölgəsindən Ermənistana aparılır - VİDEO

12:20 28.09.2020

Ermənilərin atdığı mərmi Ağdamda yaşayış evlərinə düşüb

12:17 28.09.2020

Qənirə Paşayeva dünya ictimaiyyətinə müraciət edib

12:13 28.09.2020

Türkiyəli jurnalist: "Azərbaycanın qələbəsi yaxındır"

12:08 28.09.2020

Rusiya kəşfiyyatının direktoru cəbhədəki vəziyyətdən danışıb

12:07 28.09.2020

Ağdamda daha bir mülki şəxs həlak oldu

12:01 28.09.2020

Ceyhun Bayramov: "Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb”

X Mostbet