"Azərbaycan Beynəlxalq Bankı" IFC ilə yeni saziş imzalayıb

İQTİSADİYYAT
10:40 19.06.2020
522
Fermerlərə aqrar kreditlərin verilməsi imkanlarının genişləndirilməsi, bu növ kreditləşmənin sürətləndirilməsi məqsədi ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalayıb.

Bu barədə AZXEBER.COM-a Bankdan bildirilib.

Məlumata görə, saziş Banka kredit müraciətlərinin təhlili zamanı IFC-in kənd təsərrüfatı risklərinin qiymətləndirilməsi alətindən (CLARA) istifadə etməyə imkan verəcək. Bu isə risklərin qiymətləndirilməsinin, kreditləşmə prosesinin avtomatlaşdırılmasına imkan verəcək. Fermerlər "Azərbaycan Beynəlxalq Bankı"nın ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək aqrar kreditləri daha sadə prosedurlarla və sürətli şəkildə əldə edə biləcəklər.

Bankın korporativ bankçılıq üzrə Baş direktoru Nərgizxanım Biləndərli IFC ilə bağlanmış sazişin başqa istiqamətlərdə də faydalı olacağını bildirib: "Bu əməkdaşlıq fermerlərin kredit məhsulları ilə bağlı ehtiyaclarının daha aydın təhlilinə imkan verəcək. Fermerlərin ehtiyacına uyğunlaşdırılmış aqrar kredit məhsulları yaradılacaq. Beləliklə, seçim imkanları genişlənəcək. Onlar sırf ehtiyaclarına uyğun kredit məhsulları əldə edə biləcəklər”.

Qeyd edək ki, IFC-in CLARA aləti kənd təsərrüfatı kreditləşməsində risk qiymətləndirmə prosesini inkişaf etdirən yeni vasitədir. IFC bu aləti İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə birgə həyata keçirdiyi "Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” çərçivəsində hazırlayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:36 14.07.2020

Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

12:27 14.07.2020

Pakistan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu sərt şəkildə pislədi

12:19 14.07.2020

"Rəsmi Yerevan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil"

11:57 14.07.2020

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

11:48 14.07.2020

Qubada karantin qaydalarını pozaraq futbol oynayanlar cərimələndi

11:31 14.07.2020

"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"

11:20 14.07.2020

"Azərbaycan dövləti və İlham Əliyev bütün dünya üçün bir nümunədir"

11:14 14.07.2020

Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

11:05 14.07.2020

Hikmət Hacıyev: “Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi”

11:00 14.07.2020

Düşmən Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub

10:51 14.07.2020

İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər

10:44 14.07.2020

Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ

10:27 14.07.2020

Bakıda eyvandan yıxılan qadın xəstəxanada öldü

10:16 14.07.2020

“Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”

10:11 14.07.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

10:00 14.07.2020

Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib