Azərbaycan Beynəlxalq Bankı İnnovasiya Mərkəzi yaradır

İQTİSADİYYAT
13:24 02.06.2020
375
Ölkəmizdə innovasiyaların inkişafına dəstək layihələrini uğurla davam etdirən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atır.
 
AZXEBER.COM xəbər verir ki, bank özünün İnnovasiya Mərkəzini yaradır. IBA İnnovasiya Mərkəzi adı altında yaradılan mərkəz informasiya texnologiyaları sahəsində seçilmiş sahibkarlıq layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərəcək. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda startap ekosisteminin inkişafına kömək göstərməkdir. Mərkəz artıq ilk inkubasiya proqramına qəbul elan edib.

Qeyd edək ki, inkubasiya prosesi erkən mərhələdə olan startapların böyüməsinə dəstəyi, startap layihələrinin icrasında ortaya çıxa biləcək problemlərin həllinə yardımı nəzərdə tutur. FinTech həlləri mövzusunda elan edilmiş bu proqramda komandalar öz innovativ ideyalarını təqdim edə biləcəklər. İdeyalara məhdudiyyət olmasa da, kiçik və orta sahibkarlıq fəaliyyətinə fayda gətirəcək həllərə xüsusi üstünlük veriləcək.

Mühüm aktuallığa malik ideyalar təqdim etmiş komandalara öz ideyalarını hazır məhsula çevirmək üçün İnnovasiya Mərkəzində münbit şərait yaradılacaq. Startap layihələrinin həyata keçirilməsi üçün onlara bir sıra xidmətlər, o cümlədən mentor, kouçinq, texniki dəstək göstəriləcək. Rezidentlərlə müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə malik peşəkar mentorlar, məsləhətçilər və sahibkarlar dəvət ediləcək. Mərkəzin ilk rezidentləri sırasında bankın martın əvvəlində reallaşdırdığı 1-ci IBA Regional Hakatonunda iştirak edərək uğur qazanmış komandaların da olması nəzərdə tutulur. Proqrama 16 iyun tarixinə qədər buradan müraciət etmək olar: https://ibainnovation.az/az

Azərbaycan Beynəlxalq Bankının yaratdığı İnnovasiya Mərkəzinin əsas üstünlükləri seçilən ideyalara investisiya qoyulması, komandalar üçün sırf bankçılıq sahəsində lazımi infrastrukturun təmin edilməsi, bankın məlumat sisteminə inteqrasiya (OpenAPI) imkanının yaradılması, maliyyə resurslarına əlçatanlıq, ən mühümü isə innovativ həllər üçün real tələbin formalaşdırılmasıdır.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov IBA İnnovasiya Mərkəzinin xüsusilə kiçik və orta sahibkarlığa faydalı olacağını bildirib: "Azərbaycan Beynəlxalq Bankı olaraq biz kiçik və orta sahibkarlığın dəstəklənməsinə, o cümlədən bu sahədə FinTech həllərinin tətbiqinə mühüm önəm veririk. IBA İnnovasiya Mərkəzi sahibkarlıq həllərinin formalaşmasına kömək göstərəcək. Bu Mərkəz həm innovativ ideyaları, həm onları reallaşdıra bilən istedadları, həm də lazımi şəraiti bir araya gətirəcək. İnanırıq ki, belə bir mərkəzin yaradılması ölkəmizdə innovasiya ekosisteminin inkişafına təkan verəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:33 24.09.2020

Bakıda kişi benzin töküb özünü yandırdı

12:29 24.09.2020

Gürcüstanın XİN başçısı: “Pandemiya Azərbaycanla sərhədlə bağlı danışıqları uzadıb”

12:16 24.09.2020

"Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur"

12:14 24.09.2020

Toyların və yasların keçirilməsinə - Bu şərtlərlə icazə verilə bilər

11:55 24.09.2020

Kəlbəcərdə şəhid olan Həsənin qızı tələbə adını qazandı- FOTO

11:42 24.09.2020

Bakıda "protiv" sürən "Hyundai" keçiddə piyadanı belə vurdu - ANBAAN VİDEO

11:29 24.09.2020

Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdi

11:16 24.09.2020

Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlandı

11:00 24.09.2020

Özəl klinikadan təqdirəlayiq addım - "Heyətimiz və ambulansımız ilə dövlətimizin yanındayıq"

10:46 24.09.2020

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO

10:35 24.09.2020

Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

10:21 24.09.2020

Nisə Qasımova xərçəng olduğunu etiraf etdi: “Əməliyyat olundum, bundan sonra...”

10:19 24.09.2020

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

10:17 24.09.2020

Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır

09:58 24.09.2020

Bakıda kütləvi dava - Yaralılar var

09:43 24.09.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

X Mostbet