Azərbaycan Beynəlxalq Bankı Masallıda filial açdı

İQTİSADİYYAT
11:05 26.08.2019
2694
Azərbaycan Beynəlxalq Bankı müştərilərin, biznes subyektlərinin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da genişləndirir. 

AZXEBER.COM xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi bank Masallıda yeni filialını açıb.Bununla da Azərbaycan Beynəlxalq Bankının filiallarının sayı 37-ə, umumi müştəri xidməti ofislərinin sayı isə 76-a çatıb. Bankın yeni filialı Masallı şəhəri, Heydər Əliyev prospekti - 34 ünvanında fəaliyyət göstərəcək.

Azərbaycan Beynəlxalq Bankının vahid korporativ üslubunda inşa edilərək müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Masallı filialında kassa-hesablaşma əməliyyatları, istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli bank məhsul və xidmətlərindən istifadə edə bilərlər.

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, filialların transformasiyası çərçivəsində xidmət ofislərinin müasirləşdirilməsi ilə yanaşı, geniş müştəri potensialına malik regionlarda bankın yeni filial və şöbələrinin yaradılması imkanları da dəyərləndirilir:

"Masallı rayonu biznesin getdikcə inkişaf etdiyi, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndiyi, əhalinin bank xidmət və məhsullarına tələbatının artdığı rayonlarımızdandır. Yeni filialımız regionda maliyyə resurslarına çıxış imkanlarını asanlaşdıracaq, müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə təmin edəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:11 30.09.2020

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

23:08 30.09.2020

XİN: Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir

23:06 30.09.2020

Son dəqiqə! Daha bir erməni generalı məhv edildi

22:43 30.09.2020

Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir - VİDEO

22:03 30.09.2020

Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib

21:58 30.09.2020

Ermənilər Saakaşvilini Azərbaycana dəstəyə görə fəxri tituldan məhrum edir

21:36 30.09.2020

Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub

21:29 30.09.2020

Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulub

21:27 30.09.2020

DTX əhaliyə müraciət etdi

21:06 30.09.2020

“ASAN xidmət”in sədrindən Şuşa paylaşımı - VİDEO

20:58 30.09.2020

“Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə hazırdır” - Lavrov

20:39 30.09.2020

Adil Əliyev: “Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?”

20:21 30.09.2020

Qarabağda erməni hərbçilərlə soyğunçular arasında silahlı toqquşma baş verib

19:56 30.09.2020

Gürcüstanın Baş naziri Bakı və Yerevana Tbilisidə danışıqlar aparmağı təklif etdi

19:46 30.09.2020

Deputat İran haqda: “Burada hansı islamdan, hansı müsəlmançılıqdan danışmaq olar?”

19:45 30.09.2020

İlham Əliyev Küveyt əmirinə başsağlığı verib

X Mostbet