Azərbaycan Beynəlxalq Bankı Mobil tətbiqini yeniləyir!

İQTİSADİYYAT
12:43 20.05.2020
497
Azərbaycan Beynəlxalq Bankı müştəri məmnuniyyəti yaradacaq daha bir innovativ yeniliyini bazara təqdim edib. Bank yenilənmiş Mobil tətbiqini mərhələli şəkildə istifadəyə buraxıb.

AZXEBER.COM xəbər verir ki, bu cür mərhələli yanaşma IBA Mobile tətbiqinin müştərilərin istəklərinə tam uyğunlaşdırılması məqsədindən irəli gəlir. Belə ki, mobil əlavədən ilk mərhələdə məhdud sayda müştəri qrupu istifadə edəcək. Yenilənmə təklifi iOS və Android sistemlərinin iş məntiqi ilə müştəri qrupuna avtomatik göndəriləcək. Təkmilləşdirmə mərhələsində istifadəçi müştərilərlə interaktiv kommunikasiya əsasında onlardan gələn bütün rəylər, təcrübələr toplanaraq təhlil ediləcək. İrad və təkliflər nəzərə alınmaqla IBA Mobile daha da təkmilləşdirilərək tədricən kütləvi istifadəyə buraxılacaq. Bir aylıq təkmilləşdirmə mərhələsindən sonra yeni mobil tətbiqdən Azərbaycan Beynəlxalq Bankının bütün müştəriləri faydalana biləcək. Müştərilər IBA Mobile tətbiqi ilə bağlı rəylərini mobil əlavəni açıb telefonu astaca silkələməklə monitorda yaranan pəncərədə qeyd edə bilərlər.

IBA Mobile tətbiqinin başlıca üstünlüyü son dərəcə sürətli işləməsi, qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi, funksiyalarının çoxluğudur. IBA Mobile ilə müxtəlif onlayn ödənişlər aparmaq, köçürmələr etmək, hesabı nəzarətdə saxlamaq, çıxarışlar almaq və s. bir çox digər bank xidmətlərindən faydalanmaq olar. Mobil tətbiqin adı, loqosu, görünüşü də yenilənib. IBA Mobile tətbiqindən istifadə pulsuzdur. Müştərinin bu imkandan faydalana bilməsi üçün Azərbaycan Beynəlxalq Bankında kart və ya cari hesabının olması kifayətdir. Azərbaycan Beynəlxalq Bankı IBA Mobile tətbiqinin bütün istifadəçilərini öz rəyləri ilə mobil əlavənin təkmilləşdirilməsinə töhfə verməyə çağırır. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 11.07.2020

Bu gün dünyada koronavirusa rekord yoluxma qeydə alındı

23:33 10.07.2020

Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

23:11 10.07.2020

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

22:56 10.07.2020

“Şirin Su” Neftçala sakinlərinə pulsuz içməli su payladı - FOTO

22:38 10.07.2020

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

22:27 10.07.2020

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başladı

22:14 10.07.2020

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

21:58 10.07.2020

Nazirlik koronavirusa yoluxmuş məhbuslarla bağlı məlumat yaydı

21:39 10.07.2020

"Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik" - Yelo Bankın sədri

21:29 10.07.2020

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart

21:18 10.07.2020

“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov

21:16 10.07.2020

Ədliyyə Nazirliyindən açıqlama - 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb

20:58 10.07.2020

Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO

20:43 10.07.2020

Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz

20:31 10.07.2020

Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır

19:38 10.07.2020

“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür”