Azərbaycan Beynəlxalq Bankın 3 milyardlıq borcuna zamin durur - bu gün danışıqlar başlayır

Azərbaycan Beynəlxalq Bankın 3 milyardlıq borcuna zamin durur - bu gün danışıqlar başlayır
MANŞET
12:14 23.05.2017
1557

Bu gün Londonda Azərbaycan Beynəlxalq Bankının 3.3 milyard dollarlıq xarici borcunun restrukurizasiyası ilə bağlı investorlarla danışıqlar başlayır.

Danışıqlar "White & Case LLP” beynəlxalq hüquq firmasının London ofisində keçiriləcək. Bu şirkət hökumətlərə, investorlara və maliyyə institutlarına öz aralarındakı mübahisələri nizamlamaq üçün hüquqi yardım göstətir.

Xəbər verildiyi kimi Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcları üzrə ödənişləri dayandırıb və xarici aktivlərini kreditorlardan qorumaq üçün Nyu-York məhkəmsində müflisləşmə iddiası qaldırıb. Bankın kreditorları Avropa və ABŞ-ın bir sıra aparıcı maliyyə institutlarıdır. Azərbaycan Beynəlxalq Bankı cəmi 37 investora borcludur.  Onlardan ən irisi "Cargill Financial Services International Inc.” investisiya şirkətidir.

Əgər investorlarla danışıqlar uğurlu alınsa bankın xarici borcları Azərbaycan dövlətinə transfer ediləcək. Lakin qərar investorlar arasında səs çoxluğu ilə qəbul edilməlidir. "The Wall Street Journal” qəzetinin yazdığına görə borcların restrukturizasiyası barədə bəyanat və bankın Nyu-York məhkəməsində müflisləşmə iddiası qaldırması investorlar üçün sürpriz olub.

İnvestorlarla danışıqlar üçün Londona yola düşən nümayəndə heyətinin tərkibi məlum deyil. Lakin heyətə maliyyə naziri Samir Şərifovun başçılıq edəcəyi gözlənilir. İnvestorlarla danışıqlarda bankın məsləhətçisi qismində "White & Cas” və "Lazard Freres” şirkətləri çıxış edirlər.

 

virtualaz.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb