Azərbaycan Beynəlxalq Bankının aktivləri 25% artıb

İQTİSADİYYAT
20:00 25.10.2013
1829

Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 25% artaraq 2013-ci il oktyabırın 1-nə 6,88 mlrd. manata çatıb.

Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.Bankın kredit portfeli illik müqayisədə 35% artaraq 2013-ci il oktyabırın 1-nə 4,863 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 540,4 mln. manat təşkil edib.Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,526 mlrd. manata bərabər olub ki, bu da 2012 ilin oktyabırın 1-nə nisbətən 35% çoxdur.Bankın məcmu kapitalı il ərzində 30,2% artaraq 773,5 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 368,33 mln. manata çatdırılıb. ABB-nın xalis mənfəəti 2013-ci il oktyabırın 1-nə 36,6 mln. manata çatıb.Okyabırın 1-nə ABB-nin 1 977 472 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 683 bankomat və 4907 POS-terminaldan ibarətdir.

OXŞAR XƏBƏRLƏR