xari

Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozu stabil qiymətləndirildi

İQTİSADİYYAT
21:25 31.03.2020
831
COVID-19 pandemiyası və neftin qiymətinin ucuzlaşması ilə bağlı yaranmış yeni sosial-iqtisadi reallıqlar şəraitində Moody's Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sektoru ilə bağlı təhlillər aparıb. 

Bankdan AZXEBER.COM-a verilən məlumata görə, sektordakı vəziyyət, perspektivlər, mümkün risklər qiymətləndirilib. Bu təhlillər çərçivəsində ölkənin bank sektorunda əhəmiyyətli mövqeyə malik Azərbaycan Beynəlxalq Bankının bəzi reytinqlərinə də yenidən baxılıb.

Agentlik Bankın kredit ödəmə qabiliyyəti reytinqini (Baseline Credit Assessment), eləcə də yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini stabil qiymətləndirib. Yerli və xarici valyutada depozitlər üzrə həm uzunmüddətli, həm də qısamüddətli Qarşı Tərəfin Risk Reytinqi (CRRs) və Qarşı Tərəfin Risk Qiymətləndirməsi (CR) isə NP səviyyəsində qərarlaşıb.

Moodys Azərbaycan Beynəlxalq Bankının kapitalının adekvatlığı əmsalının 2019-cu ilin sonuna 33,1% səviyyəsində olduğunu diqqətə çatdırır. Müəyyən edilmiş normadan təxminən üç dəfə yüksək olan bu göstəricinin bank üçün kifayət qədər güclü təhlükəsizlik mövqeyi yaratdığı bildirilir. Hesab edilir ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə vəziyyəti, kapital mövqeyi hər hansı neqativ təsirlərə qarşı onun dayanıqlığını təmin edəcək.

Agentlik ekspertlərinin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankına qoyulmuş depozitlərə dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Bu, həm də bankın irimiqyaslı və aparıcı bank olması, sistem əhəmiyyəti daşıması ilə bağlıdır.

Moodys-in rəyində o da göstərilir ki, indiki şəraitdə Azərbaycan Beynəlxalq Bankının idarə olunması vəziyyəti, bankda tətbiq edilən korporativ idarəetmə qaydaları ilə bağlı agentliyin hər hansı narahatlığı yoxdur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:31 27.01.2021

“Minlərlə insan COVID-19-a yoluxanda biz onların sayını 41 göstərdik” - Çinli həkim

16:27 27.01.2021

"Azərbaycan və Türkiyəyə qarşı çox güclü qarayaxma kampaniyaları aparılır"

16:20 27.01.2021

Azərbaycanda bu gün nə qədər adam koronavirusa yoluxub?

16:20 27.01.2021

“Fənərbaxça” Məsut Özili təqdim etdi

16:11 27.01.2021

Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi

16:04 27.01.2021

Prezident: Guya Şuşa bizə elə-belə verilib, ağ yalandır!

16:02 27.01.2021

Hikmət Hacıyev: “Yaxın günlərdə Naxçıvan-Mehri kommunikasiya xətti müzakirə ediləcək”

15:40 27.01.2021

Rusiyadan 2 nəfər şəxs Azərbaycana ekstradisiya edildi

15:34 27.01.2021

Hikmət Hacıyev: "Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir"

15:24 27.01.2021

Azərbaycana Pfizer/BioNTech peyvəndi də gətiriləcək - ÜST nümayəndəsi

15:21 27.01.2021

Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!

14:56 27.01.2021

Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!

14:51 27.01.2021

"AXC-Müsavat cütlüyü Şuşanı faktiki olaraq düşmənə təhvil verdi" - Prezident

14:46 27.01.2021

Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi

14:37 27.01.2021

"Şuşadakı villalardan biri Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur"

14:28 27.01.2021

İlham Əliyev: “Mən sözümü icra edəcəyəm”