Azərbaycan Beynəlxalq Bankının sosial layihəsi beynəlxalq mükafat qazandı

İQTİSADİYYAT
16:12 02.08.2019
5604
Azərbaycan Beynəlxalq Bankının fiziki məhdudiyyətli gənclərlə birgə həyata keçirdiyi "Kitabı dinlə” korporativ sosial məsuliyyət layihəsi "International CSR Excellence Award” mükafatına layiq görülüb. Mərkəzi ofisi Londonda yerləşən təşkilati komitə mükafatı banka təqdim edib.

AZXEBER.COM xəbər verir ki, "International CSR Excellence Award” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aparıcı biznes qurumlarının sosial məsuliyyət layihələrini dəstəkləmək, onları öz əsas funksiyaları ilə yanaşı, digər sahələrdə də cəmiyyətə ictimai fayda verməyə ruhlandırmaqdır. "International CSR Excellence Award” haqqında daha ətraflı: https://csrawards.co.uk

Bu il "International CSR Excellence Award” mükafatlarını qazananlar sırasında Böyük Britaniyanın aparıcı energetika şirkətlərindən "Northern Gas Networks”, "British Gas”, xidmət sektorunda fəaliyyət göstərən "Morgan Sindall”, "McGee” şirkəti, Səudiyyə Ərəbistanının SAUDI ARAMCO şirkəti, İsveçrənin "IWC SCHAFFHAUSEN” kompaniyası və s. bu kimi tanınmış qurumlar var. Ötən illərdə bu yüksək mükafat "Coca-cola”, "Shell”, "Warner Bros”, "Türkcell” kimi şirkətlərə də verilib.

Azərbaycan Beynəlxalq Bankının fəaliyyətində korporativ sosial məsuliyyət layihələri mühüm yer tutur. Bank son illər cəmiyyətdə maliyyə savadlılığının artırılması, tarixi-mədəni dəyərlərimizin təbliği, gənclərin fərdi inkişafı və məşğulluğuna kömək, startap ideyalarının dəstəklənməsi və s. bu kimi sahələrdə öz tərəfdaşları ilə birgə müxtəlif maraqlı sosial məsuliyyət layihələri həyata keçirib və bu layihələrin bir qismi indi də davam etməkdədir.

"Kitabı dinlə” layihəsi isə ana dilimizdə elektron resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində Azərbaycan dilində bir sıra kitabların audiovariantı hazırlanıb. Səsli kitablar www.kitabidinle.az portalında yerləşdirilib. Kitabları bu portaldan yükləmək, yaxud onlayn qaydada dinləmək olar.

Xatırladaq ki, "Kitabı dinlə” layihəsi bu il Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin də qaliblərindən olub. Layihə "Təhsildə inklüzivliyin təmin edilməsi” nominasiyası üzrə ilin layihəsi seçilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
12:02 26.02.2025
HƏMAS və İsrail razılaşdı - Əsir mübadiləsi eyni vaxtda həyata keçiriləcək
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq
10:13 26.02.2025
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
09:58 26.02.2025
Zığda evdə yanğın olub - Ölən var