"Azərbaycan bizə çətin anlar yaşadacaq" - Farer adalarının baş məşqçisi

"Azərbaycan bizə çətin anlar yaşadacaq" - Farer adalarının baş məşqçisi
İDMAN
18:53 10.10.2018
3466
"İlk gündən komanda birgədir. 3 məşq də keçirmişik. Komandamız döyüşə hazırdır. Son iki oyuna baxmışam. Deyə bilərəm ki, Azərbaycan bizə sabah çətin anlar yaşadacaq".
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu Farer adaları yığmasının baş məşqçisi Lars Olsen Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyunundan əvvəl mətbuat konfransında deyib. 57 yaşlı mütəxəssis bildirib ki, Kosovoya səfərdə 0:2 hesabı ilə uduzduğu oyunla müqayisədə bu dəfə 3 xal götürəcəklərinə inanırlar. Baş məşqçinin fikrincə, Azərbaycan yığmasının Torshavna gələnədək 14 saatlıq yol qət etməsi problem yarada bilər: "Bu, Azərbaycanın həftəsonu Malta ilə də oyununun olacağı ilə əlaqədardır. Düzdür, biz də uzun yol qət edəcəyik, amma Azərbaycan bizimlə görüşdən sonra evdə oynamalıdır. Bu baxımdan yol yorğunluğu təsirsiz ötüşməyəcək".

1992-ci ildə Danimarka yığmasının heyətində futbolçu kimi Avropa çempionluğu yaşamış Olsen o vaxtla indikini müqayisə etməyi düzgün saymayıb: "Qrupdakı şansları dəyərləndirə bilmərəm. Çünki bizi çətin oyunlar gözləyir. Üstəlik, növbəti mərhələ qarşılaşmaları da var".

Baş məşqçi bildirib ki, məğlubiyyət haqda düşünmür. Lakin o, Azərbaycanın güclü olduğunu etiraf edib: "Bayaq 26 il əvvəldən danışdıq. Bu, onu göstərir ki, futbolda mümkün olmayan heç nə yoxdur. Bilirəm ki, Azərbaycan yığmasının əksər üzvləri "Qarabağ"ın futbolçularından ibarətdir. Bu komandanın "Arsenal"la oyununa baxmışam. Mərkəz və orta sahə ən güclü mövqelərdir. Ötən il bu klub Danimarka "Kopenhagen"ini Çempionlar Liqasında iki oyununun yekununda üstələyib".

"Hələlik yalnız Azərbaycanla oyunu düşünürəm. Kiçik komandalar üçün vaxt azlığı problem yaradır. Üstəlik, uzaqda yerləşdiyimizdən çoxlu səyahət etməli oluruq. Amma istənilən halda, meydanda ən yaxşı futbolçuların olmasını istəyirəm", - deyən təcrübəli mütəxəssis bildirib.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb