Aparıcı Fatih Portakal Azərbaycan üçün "Riskli, çətin günlər yaşayırıq. Türkiyə mürəkkəb bir coğrafiyanın içərisindədir və burda ən önəmli şey… Baxın, dostumuz yoxdur: nə rusdan dostumuz olar, nə amerikalıdan, nə Suriya, İrandan, osundan-busundan, Azərbaycandan-filan… Azərbaycandan, heç kimsədən. Olsa olsa, Şimali Kiprdən olar…” fikirləri səsləndirib.
AZXEBER.COM xəbər verir ki, jurnalistin bu fikirlərinin qarşılığında tanınmış müğənni Cenk Tevetoğlu ona sərt cavab verib.
Portakal, sən daha portağal ikən, Müstəqillik müharibəmizdə Azərbaycan əsgəri cənubda İtaliya, Fransa və İngiltərə ilə vuruşub. Qərb bölgəmizdə İtaliya və Yunanıstanla vuruşub. Bu cəbhədə 16-25 yaş arası 3000 Azərbaycan əsgəri şəhid olub, adları da heç bir yerə yazılmadan Çanaqqalada yatır.
Al, bu sənə əzəldən bilgi, indi isə daha yaxında baş verən bir hadisəni xatırladım. Son zəlzələdə ən çox qüvvə ilə bölgəyə ilk gələn məhz Azərbaycandır.
Kamal bəy, siz İpək yolunu dəyişəcəyinizi dediniz, Azərbaycanı sildiniz. Haradan? İran bizə yaxındırmı? O, mehribandır? Sizə deyim, Kamal bəy. İran bizi çox sevmir. Amma Azərbaycan bizim üçün hətta canını verir. Siz onları İpək Yolundan çıxararkən burada yaşayan azərbaycanlı seçicilər də sizi seçki bülletenindən çıxardılar. Heç olmasa ağıllı düşünün.
Heç unutmadan deyim, tək dostumuz Kiprdir dedin, amma mən beş il Kiprdə çıxış etdim. Orada bizi sevən çox görmədim. Bunu da düşünün. Sadəcə Girneyə gedin və küçədəki insanlardan soruşun. Kiprin bizi çox sevmədiyi məlumdur.
Beləliklə, sizin üçün bir Azərbaycan sözü demək istəyirəm. "Gicləməyin!” HER ŞEY YAHŞİ OLACAK.
Ayşən