"Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir"

"Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir"
SİYASƏT
22:51 21.04.2023
325
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Salyan və Neftçala rayonlarına səfər ediblər. Həmin gün dövlət başçımızın Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir sıra mühüm məqamlara diqqət çəkdi. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları haqqında bəhs edən cənab Prezident qeyd etdi ki, "hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir”. 

Ümumiyyətlə qeyd edim ki, Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Dövlətimizin başçısı cənab İlham Əliyev belə bir vəzifənin yüksək səviyyədə gerçəkləşdirilməsi məqsədilə göründüyü kimi vaxtaşırı rayonlara səfər edir. Səfər zaman ölkə rəhbəri yerlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə şəxsən özü maraqlanır. Həqiqətən də, dövlətimizin başçısı fəaliyyətinin bütün mərhələlə¬rində bölgələrdə insanların rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlə¬dən sosial infrastrukturla bağlı işlərin aparılmasına mühüm önəm verib. Bu isə həm regionların ümumi inkişafını gerçəkləşdirib, əhalinin sosial şəraitinə müsbət təsir göstərib, həm də ölkəmizi gücləndirib. 

Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri çərçivəsində bir sıra sosial-iq¬tisadi obyektlərin istifadəyə verilməsi, bəzilərində isə yaradılan şəraitlə tanışlıq ölkə rəhbərinin hər zaman öz vətən¬daşının yanında dayanması, qayğısı ilə maraqlanması və bölgələrdə qu¬ruculluq işlərini diqqətdə saxlamasının bariz ifadəsidir. 

Bir sözlə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqti¬sadi strategiya və dərin islahatlar ölkə¬mizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiy¬yətinin formalaşacağına zəmin yaradır.

Prezident cənab İlham Əliyevin səfər zamanı Salyanda "ASAN xidmət” mərkə-zinin açılışını reallaşdırması xüsusilə mühüm hadisədir. Belə bir xidmət mərkəzinin istifadəyə verilməsi əhali¬nin sosial şəraitinin davamlı yaxşılaş-dırılmasına böyük töhfədir. Xatırladaq ki, bu, sayca 25-ci mərkəzdir. Onu da qeyd edim ki, "ASAN xidmət” sistemi bu gün dünyada Azərbaycan brendi kimi tanınır və respublikamızda uğurla fəaliyyət göstərir, bu mərkəzlərdə xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. 

Dövlət başçımız müsahibəsində Neftçala və Salyan rayonlarında Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi və elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzinin istifadəyə verilməsini sosial siyasətin uğurla icra olunmasının bariz nümunəsi, Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışını, eyni zamanda, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqur¬madan sonra açılışını isə ölkəmizin dinamik şəkildə inkişafının göstəricisi kimi qiymətləndirib. 

Dövlətimizin başçısı müsahibəsində işğaldan azad olunan ərazilərdə–Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı və sürətli bər¬pa-yenidənqurma işləri barədə də fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: "Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritet-dir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz– bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqla¬rı viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz– bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün...”. 
Prezident İlham Əliyevin müsahibədə diqqətə çatdırdığı kimi, Vətən müharibəsi başa çatandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin icrasına start verilib. Qısa müddətdə iki kənddə–Ağalı və Talış yaşayış sahələrində məskunlaşdırma aparılıb. Keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışının isə ilin sonuna qədər gerçəkləşdiriləcəyi nəzərdə tutulub. 
Sonda qeyd edim ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti yüksəlmişdir.

Aslan Mehdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır