Azərbaycan boksçuları finala doğru

İDMAN
12:07 10.08.2012
1548
Bu gün XXX London Yay Olimpiadasında boks üzrə yarımfinal görüşləri keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, bu mərhələdə Azərbaycanın iki təmsilçisi - Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov rinqə çıxacaq. İlk iki döyüşündə rəqiblərindən üstün olmaqla ən azı bürünc medalı özü üçün təmin edən Teymur bu dəfə finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. T.Məmmədov (91 kq) yarımfinalda italiyalı Klemente Russo ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.Digər təmsilçimiz Məhəmmədrəsul Məcidov da finala yüksəlmək arzusundadır. M.Məcidovun yarımfinaldakı rəqibi də İtaliya təmsilçisidir. Boksçumuz bu mərhələdə italiyalı Roberto Kammarelli ilə qarşılaşacaq. Həmin döyüş isə gecə saat 02:30-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR