Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb
İDMAN
16:40 09.09.2019
4707

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.

AZXEBER.COM xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Mundialda debüt edən Amin Kuşkov mübarizəyə 1/32 final mərhələsindən başlayıb. O, türkmənistanlı Nursahat Pazziyevlə qarşılaşıb. Döyüş Kuşkovun 4:1 (30:26, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti mərhələdə ilk qarşılaşmadan azad olan rusiyalı Qleb Bakşi ilə döyüşəcək. Görüş sentyabrın 14-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisinin üzvlərindən sentyabrın 10-da rinqə çıxan olmayacaq. Yarışın üçüncü günündə isə Tayfur Əliyev (57 kq) Tyaqo Punyo (İsveçrə) ilə qüvvəsini sınayacaq.

OXŞAR XƏBƏRLƏR