Azərbaycan bu il qızıl ehtiyatlarını 2 dəfə artıracaq

İQTİSADİYYAT
10:29 17.01.2013
2433
Bu il ərzində Azərbaycan qızıl ehtiyatlarını 30 tona çatdıracaq.Bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, ötən ilin fevral ayından etibarən ARDNF qızıla investisiya yatırmağa başlayıb və Fond 2012-ci il ərzində 1,5 mlrd. ABŞ dolları dəyərində 15 ton qızıl əldə edib: «Hazırda bu qızıl Londonda saxlanılır ki, cari ilin yanvar ayından etibarən sözügedən qiymətli metalın Azərbaycana gətirilməsinə başlanılıb. Biz həftədə təxminən 330 kq qızılı Londondan Azərbaycana gətirilməsinə başlamışıq və artıq ölkəyə gətirilən qızılın həcmi təqribən 1 tona yaxındır».

Fondun rəsmisi onu da qeyd edib ki, hazırda Londondan gətirilən qızılın Azərbaycan Mərkəzi Bankında saxlanılmasına baxmayaraq, ARDNF-in inşa olunan yeni inzibati binasında xüsusi xəzinədarlıq yaradılacaq və Azərbaycanın qızıl ehtiyatı məhz həmin xəzinədarlıqda saxlanılacaq: «Bizim inzibati binamızın inşası 2013-cü ilin sonunadək başa çatdırılacaq və hazırda Mərkəzi Bankda saxlanılan qızıl bu xəzinədarlığa gətiriləcək».

Ş.Mövsümov onu da əlavə edib ki, ARDNF-in strategiyasına əsasən, qızıla yatırılan vəsait Fondun investisiya portfelinin 5%-i qədər olmalıdır: «Azərbaycan üçün sözügedən 5% kifayət edir. Lakin buna baxmayaraq, biz bu göstəricini ola bilsin ki artıraq. Ümumiyyətlə, 2013-cü ilin sonunadək biz daha 15 ton qızıl alaraq, ölkənin qızıl ehtiyatını 30 tona çatdırmaq niyyətindəyik»//APA

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir