'Azərbaycan bu regionun arxitekturasını təyin edən ölkələrdəndir' - Fərhad Məmmədov

SİYASƏT
14:41 25.12.2013
1077

Əgər beynəlxalq qurumlar, ən əsası, BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər işğalçı dövlət olan Ermənistana qarşı cəzalandırma mexanizmini tətbiq etmirlərsə, o zaman Azərbaycan bunu öz müttəfiqləri ilə həyata keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM-ın 2013-cü ildə fəaliyyətinə dair hesabatının təqdim edilməsi zamanı bildirib.O qeyd edib ki, Azərbaycanın da cəzalandırma metodu Ermənistanı blokada vəziyyətində saxlamaqdır:“Biz hər zaman demişik və deyirik ki, bunu bilərəkdən həyata keçiririk. Çünki heç bir dövlət onun ərazisini işğal edən dövlətlə münasibətlər qurmur”.SAM-ın direktoru qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti üzündən yaranmış bu vəziyyət uzun müddət davam edə bilməz.Onun fikrincə, Ermənistanın istər Gömrük İttifaqı, istərsə də digər təşkilatlarda hər hansı layihəyə qoşulması, onun köklü problemlərini həll etməyəcək. Ermənistana sərmayələr gəlməyəcək, çünki onlara heç bir maraq yoxdur:“Azərbaycanın 10-15 il üçün gələcək inkişaf strategiyasına Ermənistandan başqa bütün bölgə dövlətləri qoşulub. Ermənistanın da çıxış yolu öz gələcəyini, inkişafını təmin etmək naminə bu layihələrə qoşulmaq və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq, öz ordusunu işğal etdiyi ərazilərdən çıxarmaq, sülh şəraitində müzakirələr aparmaqdan ibarətdir”.F.Məmmədov bildirib ki, Ermənistan tərəfi və onların himayəsində olan mərkəzlər Azərbaycanı aqressivlikdə, hərbi ritorika dilində danışmaqda, sərhədləri bağlamaqda ittiham edirlər. Azərbaycan isə bunları qəbul etmir:“Qəbul etmədiyimiz məqamlardan biri də balanslaşdırılmış siyasət terminidir. Biz bunu aradan qaldırmaq istəyirik, çünki dünyada belə bir siyasət yoxdur. Sərhəd məsələsində bizi yumşalmağa, hərbi ritorikadan əl çəkməyə çağıran dövlətlər - xüsusilə ABŞ, Rusiya, Fransa hər biri son illər ərzində dəfələrlə digər dövlətlərə qarşı silahdan istifadə ediblər, müharibələr aparıblar.Bizim də əlimizdə BMT TŞ-nin 4 qətnaməsi var ki, yerinə yetirilmir.Bizə irad tutulan “qapalı sərhədlər” məsələsinə gəlincə, qeyd edim ki, məsələn, İranın nüvə silahını özünə təhdid kimi görən ABŞ ona qarşı blokada siyasəti həyata keçirir, o cümlədən Kubaya qarşı. Biz də məhz bir çox məsələlərdə məhz onların tətbiq etdiyi üsullardan istifadə edirik.Bu kifayət qədər normal qarşılanmalıdır. Azərbaycan bu regionun arxitekturasını təyin edən ölkələrdəndir. İnanıram ki, bu siyasət öz bəhrəsini verəcək”.Mərkəzin direktoru qeyd edib ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi mövzusu onlar üçün daim prioritet olan məsələlərdəndir.Lakin Ermənistan tərəfi bir çox hallarda bu mövzuda müzakirələrdən qaçır:“Biz bu münaqişə ilə bağlı bir çox kontekslərdə araşdırmalar aparırıq.Eyni zamanda, iki icma arasında bəzi sülhməramlı təşəbbüslərdə iştirak edirik. Əsas məsələ bu məsələni gündəmdə saxlamaqdır. Çünki qarşı tərəf mövcud status-kvonu qorumağa, bu məsələyə dondurulmuş münaqişə donu geydirməyə çalışır ki, müəyyən dövrdən sonra daha sonra əlverişli şəraitdə Dağlıq Qarabağı müstəqilliyinin tanıdılması istiqamətində addımlar ata bilsin.Azərbaycan tərəfi isə bu münaqişəni dondurulmamış, isti münaqişə kimi diqqət mərkəzində saxlamaq istəyir.Bir çox məsələlər, əlbəttə ki, rəsmilər səviyyəsində, prezidentlər, xarici işlər nazirləri tərəfindən müzakirə və həll olunur. Amma çox vacib və hər zaman problem hiss etdiyimiz beynəlxalq ictimaiyyət deyilən məfhum var. Bu məfhumun da böyük bir hissəsi beyin və araşdırma mərkəzlərindən ibarətdir.Biz də bu istiqamətdə öz töhfəmizi verməyə çalışırıq. Bizə qarşı yüzilliklərlə formalaşmış erməni diasporu və təbliğat maşını var. Bizim isə qarşımıza cənab Prezident tərəfindən qoyulan bir vəzifə var - hücuma keçmək.Məhz bunun nəticəsidir ki, son dövrlərdə keçirilən görüşlərdə ermənilər bizimlə müzakirələrdən qaçırlar. Təkcə xarici ölkələrdə yox, digər konfranslarda bu məsələlərin müzakirəsindən boyun qaçırırlar”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı