Azərbaycan tərəfi qətldə şübhəli bilinərək saxlanılan Orxan Zeynalovla görüş qazanmaq almaq üçün Rusiya tərəfi ilə danışıqlar aparır.
Bunu keçirdiyi brifinqdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Mətbuat katibi ölkəmizin bu məsələ ilə bağlı Rusiyaya nota təqdim etdiyini də təsdiqləyib. “Azərbaycan öz vətəndaşına lazım olacaq bütün dəstəyi göstərəcək. Bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müvafiq təlimatlar verilib. Azərbaycan səfirliyi ölən Yeqor Şerbakovun ailəsinə başsağlığı da verib", - deyə bildirilib. (anspress)